ADPU-da Beynəlxalq İnsan Hüquqları Günü qeyd olunub

19:43 10 Dekabr 2015
23 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 10 dekabr, AZƏRTAC
Dekabrın 10-da Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Beynəlxalq İnsan Hüquqları Gününə həsr edilən tədbir keçirilib.
Universitetdən AZƏRTAC-a bildiriblər ki, tədbirdə ADPU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Mehdi Abdullayev bu günün yaranma tarixi, insan, vətəndaş hüquq və azadlıqlarının mahiyyəti barədə məlumat verib. Bildirilib ki, ilk dəfə Fransada 1789-cu ildə “İnsan və vətəndaş hüquqları bəyannaməsi” qəbul edilib. Beynəlxalq İnsan Hüquqları Günü Birləşmiş Millətlər Təşkilatı tərəfindən 1948-ci il dekabrın 10-da qəbul olunmuş “Ümumdünya İnsan Hüquqları Bəyannamə”sinə əsasən keçirilir. 1950-ci ildən başlayaraq dekabrın 10-u dünyada İnsan Hüquqları Günü kimi qeyd edilir.
Qeyd edilib ki, ümummilli lider Heydər Əliyev idarəçilik və dövlətçilik fəaliyyətində həmişə insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsinə xüsusi diqqət yetirib. Ulu Öndərin rəhbərliyi ilə hazırlanan və 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul edilən, müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasında bu hüquq və azadlıqlara geniş yer verilib. Ulu öndər Heydər Əliyevin müdrik və mütərəqqi siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev ölkəmizdə insan və vətəndaş hüquq və azadlıqlarının yüksək səviyyədə təmin edilməsi üçün bütün zəruri tədbirlər həyata keçirir.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/ADPU_da_Beynelxalq_Insan_Huquqlari_Gunu_qeyd_olunub-910146

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR