Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

“Günəşli” yatağında baş vermiş qəza ilə əlaqədar müşavirə keçirilib

“Günəşli” yatağında daha bir quyu istismara verilib (15 Mart 2017 11:32)
“Günəşli” yatağında daha bir quyu təmirdən sonra istismara verilib (10 Mart 2017 13:22)
Mehriban Əliyeva ilk müşavirəsini keçirdi - FOTO (09 Mart 2017 15:49)

Tarix: 10 Dekabr 2015 19:57

"Report"un nazirliyin saytına istinadən verdiyi məlumata görə, fövqəladə hallar nazirinin müavinləri və müvafiq struktur bölmə rəislərinin, Dövlət Sərhəd Xidməti rəisinin müavini və Sahil Mühafizə və Aviasiya xidmətlərinin rəislərinin, Dövlət Dəniz Administrasiyasının rəhbər heyəti və mütəxəssislərinin iştirakı ilə keçirilən müşavirədə əsas məqsəd qəza nəticəsində itkin düşən insanların axtarışı işlərindəki effektivliyin artırılması ilə bağlı məsələlərin müzakirəsi olub. Müşavirənin yekunu olaraq, sabah axtarış işlərinə Fövqəladə Hallar Nazirliyinin 1 təyyarə və 4 helikopterinin, Dövlət Sərhəd Xidmətinin 6 helikopteri və 7 gəmisinin, habelə sahilboyu müşahidə işləri aparan FHN-in Dövlət Sularda Xilasetmə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətindən əlavə qüvvələrin cəlb olunması qərara alınıb. 
Həmçinin, Xəzər dənizində üzən gəmilərə Dövlət Dəniz Administrasiyası vasitəsilə üzdükləri ərazilərdə müşahidə-axtarış işlərinin gücləndirilməsi ilə bağlı bir daha müraciət edilməsi qərara alınıb.

Teqlər:  Günəşli yatağında baş vermiş qəza əlaqədar müşavirə keçirilib



RƏYLƏR


Top xəbərlər