"Facebook" yeni sosial şəbəkəsini istifadəyə verəcək

"Facebook" yeni sosial şəbəkəsini istifadəyə verəcək
20:01 10 Dekabr 2015
32 Şou
Ölkə mətbuatı
A- A+

“Facebook” yaxın aylarda şirkətlərin əməkdaşlarının biznes məsələləri üzrə ünsiyyəti üçün yeni veb layihə - “Facebook at Work” korporativ sosial şəbəkəsini istifadəyə verəcək.

Axşam.az xəbər verir ki, "Röyters" agentliyinin məlumatına əsasən, yeni xidmət vasitəsilə müxtəlif şirkətlərin əməkdaşları ünsiyyət saxlamaq, sənədlərlə mübadilə etmək, həmçinin işgüzar əlaqələr qurmaq imkanı əldə edəcəklər. Bu xidmətin sınaqlarına cari ilin yanvar ayından başlanılıb. Yeni layihənin dizaynı - xəbər lenti, dialoqlar və “layk”lar “Facebook”u xatırladacaq.

Həmçinin, şirkət hər bir istifadəçidən sosial şəbəkənin əlavə imkanlarına giriş üçün aylıq ödəniş nəzərdə tutub.

Qeyd edək ki, “Facebook” sosial şəbəkəsinin aylıq auditoriyası 1,19 milyard nəfərdən ibarətdir.

Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=42280

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR