Rasim Əliyevin qətlinin istintaqı yekunlaşdı

Rasim Əliyevin qətlinin istintaqı yekunlaşdı
20:05 10 Dekabr 2015
77 Ölkə
Ölkə mətbuatı
A- A+

ANN.TV-nin reportyoru, jurnalist Rasim Əliyevin ölüm faktı üzrə qaldırılan cinayət işinin istintaqı yekunlaşıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu haqda zərərçəkənlərin hüquqlarını müdafiə edən vəkil Əsabəli Mustafayev məlumat verib.

Əsabəli Mustafayev mərhumun valideynləri ilə birgə dünən Bakı Şəhər Prokurorluğunda olduqlarını deyib:

"Bizim iştirakımızla istintaq işinin yekunlaşdığı elan olundu. Daha sonra bu barədə də protokol tərtib edildi".

Vəkil qeyd edib ki, bundan sonra iş materialları ilə tanış olma mərhələsi başlayacaq:

"Qanunvericiliyə görə, iş materialları ilə ən əvvəl təqsirləndirilən şəxslər və onların vəkilləri tanış olmalıdırlar. Sonra isə növbə bizə çatacaq. Yəqin ki, gələn həftənin axırında iş materialları bizə təqdim edilər".

Vəkilin sözlərinə görə, zərərçəkən tərəfin istintaq materialları ilə sonda tanış olmasının müsbət tərəfi var:

"Biz prosesi axıra qədər izləyib, sonda bütün hallar barəsində öz fikirlərimizi, iradlarımızı göstərə, eyni zamanda cavabdeh tərəfin istintaq qrupuna hansı vəsatət təqdim etdiklərini öyrənə və buna qarşı da hazırlıqlı ola bilərik".

İş materialları ilə tanış olduqdan sonra yeni vəsatətlər qaldıracağını deyən vəkil dekabrın 7-də istintaqa yeni vəsatətlər təqdim etdiklərini də bildirib:

"Bu vəsatət Rasim Əliyevə tibbi yardım göstərən həkimlərlə valideynlərin üzləşdirilməsinə aiddir. Hesab edirik ki, həkimlərin mətbuata verdiyi açıqlamalarla faktiki hallar (yəni Rasimin özünün valideynlərinə dedikləri) arasında fərqlər var. Dünən bu vəsatətin təmin olunmadığı deyildi. Əsas olaraq o göstərildi ki, bu vəsatətdə işin nəticəsinə təsir edə biləcək əsas yoxdur. Onu da deyim ki, biz həkimlərin istintaqa hansı ifadələr verdiyini də bilmirik".

Əsabəli Mustafayev cinayət işinin məhkəməyə yanvarın sonu, fevral ayının əvvəllərində göndəriləcəyini ehtimal edir.

Mərhum Rasim Əliyev bir qrup naməlum şəxs tərəfindən döyülərək çoxsaylı bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib və bu il avqustun 9-da orada vəfat edib. Fakt üzrə Bakı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb. Ölümlə bağlı tanınmış futbolçu Cavid Hüseynov da saxlanılıb.

Rasim Əliyev 2007-ci ildən Obyektiv TV-nin əməkdaşı, 2015-ci ildən isə ANNTV.az-da video qrupun rəhbəri vəzifəsində çalışıb.

2014-cü ilin sonlarından Reportyorların Azadlıq və Təhlükəsizlik İnsititunun (RATİ) sədri vəzifəsinə təyin edilib.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Cənubi Asiyada güclü daşqınlar

20 Avqust 2017 21:31

Ramil Quliyevdən daha bir qızıl medal

20 Avqust 2017 21:18

Şahin Diniyev: "Meydanın pis vəziyyətdə olması bizim əksimizə işlədi"

20 Avqust 2017 21:17

115 kq çəki atan qadın inanılmaz hala düşdü

20 Avqust 2017 21:14

Ramil Quliyevdən növbəti çempionluq

20 Avqust 2017 21:04

"Təmkin yeganə qəhrəman deyil" - Ayxan Abbasov

20 Avqust 2017 20:57

"Instagram"-da vacib yenilik

20 Avqust 2017 20:55

Norveçdə muzeydən Vikinqlər dövrünə aid 400 əşya oğurlandı

20 Avqust 2017 20:48

Mingəçevirdə bir gündə iki uşaq təcili yardım maşınında dünyaya gəlib

20 Avqust 2017 20:47

"Sahil" stansiyası bu gündən bağlanır

20 Avqust 2017 20:41

Daşqınlar 700 can aldı

20 Avqust 2017 20:34

5G şəbəkəsi genişlənir

20 Avqust 2017 20:33

Suriya müxalifəti Bəşər Əsədlə bağlı məsələnin müzakirəsinə başlayacaq

20 Avqust 2017 20:32

Düyü ilə orqanizmin təmizlənməsi

20 Avqust 2017 20:28

Monika yenə də təəccübləndirdi - FOTOLAR

20 Avqust 2017 20:18

Ramil Quliyevdən növbəti qələbə

20 Avqust 2017 20:10

Oğuzda ağır qəza: 3 ölü, 4 yaralı

20 Avqust 2017 20:09

Yerə səfər etmiş ən qədim yadplanetlinin skeleti aşkarlandı - FOTOLAR

20 Avqust 2017 20:03

Azərbaycanda yeni nazir təyin edildi

20 Avqust 2017 19:57

Oğuzda ağır yol qəzası olub, 3 nəfər ölüb, 4 nəfər xəsarət alıb

20 Avqust 2017 19:53

Oğuzda ağır yol qəzası: 3 nəfər öldü, 4-ü isə yaralandı

20 Avqust 2017 19:52

"Zirə"nin baş məşqçisi: "Futbolçularım vuruşdular və nəticədə layiqli qələbə qazandıq"

20 Avqust 2017 19:47

Tanınmış iş adamı xəstəxanaya aparıldı

20 Avqust 2017 19:39

İraq Təlafər üzərinə hücuma keçib

20 Avqust 2017 19:38

Bəşəriyyət üçün QORXUNC SSENARİ: Dünya təhlükə ALTINDA

20 Avqust 2017 19:28

Vertolyot qəzaya uğrayıb

20 Avqust 2017 19:23

Azərbaycan əsilli şəxs Rusiyada məşhur idmançını öldürməkdə şübhəli sayılır - FOTO - VİDEO

20 Avqust 2017 19:18

1 nəfər dənizdə batdı

20 Avqust 2017 19:14

Dünyanın ən iyrənc yeməyi - VİDEO

20 Avqust 2017 19:08

Fransada keçirilən festivalda Firəngiz Əlizadənin əsərləri nümayış etdirilib

20 Avqust 2017 19:07

Sena çayından kişi meyiti tapıldı

20 Avqust 2017 18:59

Əsgərlər ölmədən öncə niyə bu qadını görürdülər? - FOTO

20 Avqust 2017 18:53

Futbol üzrə Azərbaycan Premyer Liqasında II turun daha bir oyunu keçirilib

20 Avqust 2017 18:52

Ağır atletika yığmamızın sabiq üzvü vəfat edib

20 Avqust 2017 18:48

Ermənistan prezidenti Rusiyada 18 nəfərin ölümünə səbəb olmuş cinayətkarı əfv edəcək

20 Avqust 2017 18:47

ABŞ-da təyyarə qəzaya uğradı: ölənlər var

20 Avqust 2017 18:43

Cüdoçumuz Universiadada Azərbaycana ilk qızıl medalı qazandırdı

20 Avqust 2017 18:35

"Terrorçuların arasında olanla bizim üçün terrorçudur" - Ərdoğan

20 Avqust 2017 18:33

CAR-da avtobus körpüdən aşdı

20 Avqust 2017 18:30

Dünya çempionu küçə davasında öldürüldü - VİDEO

20 Avqust 2017 18:29

Totti bacarığı ilə hamını heyrətləndirdi

20 Avqust 2017 18:17

İsveç dünyanın ən yaşlı immiqrantını ölkədən çıxarır

20 Avqust 2017 18:13

Portuqaliyada vertolyot qəzaya uğrayıb

20 Avqust 2017 18:12

Rusiyalı dünya çempionunu bu azərbaycanlı öldürüb

20 Avqust 2017 18:09

İraqın ərazi sularında iki gəmi toqquşub, ölənlər var

20 Avqust 2017 17:58

Rus terrorçu anasını hədələdi

20 Avqust 2017 17:58

Bu ölkədə daşlar bala verir - FOTOLAR

20 Avqust 2017 17:48

Zoğalın heç yerdə eşitmədiyiniz faydaları

20 Avqust 2017 17:43

Ordusu olmayan ölkələr: onları kimlər qoruyur?

20 Avqust 2017 17:38

Ona bir də indi baxın - ailəsi tərəfindən zibilliyə atılmışdı - FOTO

20 Avqust 2017 17:38