Cəlilabadlı boksçu Avropa çempionatından Vətənə gümüş medalla qayıdıb

Cəlilabadlı boksçu Avropa çempionatından Vətənə gümüş medalla qayıdıb
20:08 10 Dekabr 2015
26 Digər
Ölkə mətbuatı
A- A+


Cəlilabad, 10 dekabr, Bağır Əliyev, AZƏRTAC
Polşada gənc boksçular arasında keçirilən Avropa çempionatında Azərbaycan millisinin tərkibində çıxış edən cəlilabadlı boksçu İsmayıl Hüseynov 69 kiloqram çəki dərəcəsində gümüş medala sahib olub.
AZƏRTAC xəbər verir ki, 37 ölkəni təmsil edən 267 idmançının qatıldığı çempionatda həmyerlimiz finala qədər bütün rəqiblərinə qalib gəlib. Titullu idmançılarla görüşdə asanlıqla qələbə qazanan İsmayıl Hüseynov, finalda Polşa boksçusuna məğlub olub.
Bu yarışa qədər İ.Hüseynov müxtəlif yarışlarda, həmçinin beynəlxalq arenalarda ölkəmizi uğurla təmsil edib. Onun aktivində 4 medal var.
Qeyd edək ki, Polşada keçirilən Avropa çempionatında ümumi hesabda dördüncü olan yığma komandamız Vətənə bir qızıl, bir gümüş və bir bürünc medalla qayıdıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Celilabadli_bokschu_Avropa_chempionatindan_Vetene_gumus_medalla_qayidib-910159

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR