Baş nazirin iti iki nəfəri dişlədi (FOTO)

Baş nazirin iti iki nəfəri dişlədi (FOTO)
20:11 10 Dekabr 2015
16 Digər
Ölkə mətbuatı
A- A+

İsrailin baş naziri Benyamin Netanyahunun iti iki nəfəri dişləyib.

ANS PRESS-in məlumatına görə, Netanyahunun Kayya adlı iti, dini Hanuka bayramı tədbirində iki yüksək vəzifəli məmuru dişləyib.

Belə ki, Kayyanın dişlədiyi şəxslərdən biri İsrail Xarici İşlər nazirinin müavininin həyat yoldaşı Ora Alon və “Likud” partiyasının deputatı Şaron Haskeldir.

Dini mərasimdə şamların yandırılması zamanı qəflətən aqressivləşən it əvvəlcə deputatı dişləyib. Bundan xəbərsiz olan xanım hüquqşünas Alon itə yaxınlaşıb, ona toxunmaq istədikdə, Netanyahunun “Ondan uzaq dur dişləyər” deyə xəbərdarlıq etməsi ardından it onu da dişləyib. Hər iki şəxsə tibbi yardım göstərilib.

Netanyahu ailəsi 10 yaşlı Kayyanı bu ilin iyul ayında alıb.

Bu hadisə Kayyanın ilk hücumu deyil. Belə ki, bundan əvvəl o ABŞ-ın dövlət katibi Con Kerriyə də hücum edib.



İsraildə od və işıq bayramı sayılan Hanuka yəhudi təqvimi ilə kisleva ayının 25 qeyd olunur və 8 gün davam edən bu bayram İsrailin əsas dini bayramıdır.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=366961

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR