Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 10 Dekabr

Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 10 Dekabr
20:24 10 Dekabr 2015
40 Ölkə
Ölkə mətbuatı
A- A+

GÜNÜN ŞƏRHİ
 
Türkiyə ilə açıq hərbi münaqişəyə girməyəcək Rusiyanın atacağı əsas addımlardan biri Suriyada türkmənlərin yaşadığı əraziləri bombardman etmək olacaqdı. Elə də oldu, son iki həftədə ruslar neçənci dəfədir ki, türkmən yaşayış məntəqələrini aramsız bombardman edir.  Rusiyanın bu addımı iki məqsədə hesablanıb. Birincisi, psixoloji hücumdur, yəni Kreml türkmənləri hədəfə götürməklə Türkiyədə daim qıcıq yaratmaq və Ankaranı yanlış addım atmağa məcbur etməyə çalışır. Moskva artıq neçənci dəfədir bu üsula əl atır, boğazlardan keçən Rusiya hərbi gəmilərinin şəxsi heyətinin əlindəki silahları sahilə tuşlamasını xatırlatmaq kifayətdir. İkincisi, hərbi-strateji hədəfdir, Kreml Əsədin nəzarətində olan bölgənin hüdudlarını genişləndirməklə öz hərbi bazalarının təhlükəsizliyini təmin etmək niyyətindədir. Hər iki məqsəd üçüncü bir məqsədi təmin edir - daxili ictimai rəyi rahatlatmaq. Rusiya bununla ictimaiyyətə pilotların qanını yerdə qalmadığını, üstəlik Suriyada keçirilən əməliyyatların hədər olmadığını nümayiş etdirmək istəyir. Yekun nəticə bundan ibarətdir – təyyarə insidentindən sonra Rusiyanın ən çox ehtiyac duyduğu və ən az sahib olduğu şey psixoloji üstünlükdür. Moskvanın Türkiyə siyasəti bütünlüklə bu üstünlüyü təmin etməyə hesablanıb. Bacarırmı? 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/224741

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR