Gənc jurnalistlər üçün seminar-treninq keçirilib

20:28 10 Dekabr 2015
14 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 10 dekabr, Zərəngiz Mansurova, AZƏRTAC
Dekabrın 10-da İstiqlal Tədris Mərkəzində gənc jurnalistlər üçün “Onlayn media: yeniliklər, perspektivlər” adlı seminar-treninq təşkil olunub.
AZƏRTAC xəbər verir ki, iki gün davam edəcək seminarı Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov açaraq gənclərlə fikirlərini bölüşüb, onlara işlərində uğurlar arzulayıb.
Bildirilib ki, seminar-treninq “Hədəf” Karyer Mərkəzi, İstiqlal Tədris və Yaradıcılıq Mərkəzi və İstanbul Aydın Universitetinin birgə təşkilatçılığı ilə keçirilir.
“Hədəf” Şirkətlər Qrupunun rəhbəri, filologiya üzrə fəlsəfə doktoru, dosent Şəmil Sadiq, tarix üzrə fəlsəfə doktoru Elvin Əliyev və digər çıxış edənlər jurnalist gənclərə daima dövlət tərəfindən dəstək verildiyini bildiriblər. Natiqlər “Ənənəvi jurnalistika və yeni media” mövzusunda fikirlərini bölüşüblər.
Seminara İstanbul Aydın Universitetindən (İAU) dəvət olunmuş dosent Adem Aytenin “Türkiyədə və İAU-də jurnalistika dərsi” mövzusunda mühazirəsi dinlənilib. O, gəncləri maraqlandıran sualları cavablandırıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Genc_jurnalistler_uchun_seminar_treninq_kechirilib-910167

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR