Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Son iki ayda Rusiyanın Suriyadakı əməliyyatlarında ölən dinc sakinlərin sayı açıqlanıb

Son iki ayda Rusiyanın Suriyadakı əməliyyatlarında ölən dinc sakinlərin sayı açıqlanıb

ABŞ Suriya və İraqda əməliyyatlar zamanı 21 dinc sakinin öldüyünü təsdiq edib (04 Mart 2017 21:27)
Azərbaycanda neçə milyon uşaq var? - RƏSMİ RƏQƏM (01 Mart 2017 12:19)
Azərbaycanda əhalinin sayı açıqlanıb (17 Fevral 2017 16:12)

Tarix: 10 Dekabr 2015 20:37

Bakı. 10 dekabr. REPORT.AZ/ Rusiyanın Suriyada keçirdiyi hava əməliyyatları nəticəsində 97-si uşaq, 69-u qadın olmaqla, 403 dinc sakin həyatını itirib.
"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu Suriyada İnsan Haqlarını Müşahidə Təşkilatı bildirib.
Təşkilatın məlumatına görə, Rusiyanın hava əməliyyatları nəticəsində İŞİD, "Ən-Nusra Cəbhəsi" "Əhrar əl-Şam", Suriya Azadlıq Ordusu və başqa silahlı qüvvələrin 381 döyüşçüsü öldürülüb.
Xəbərə əsasən, Rusiya 25 bin dollar dəyəri olan "OFAB 250-270", "OFAB 250-500"," OFAB 100-120" tipli ucuz, çirkli və idarə edilməyən bombalardan istifadə etdiyi üçün həyatını itirən dinc sakinlərin sayı çoxdur.
Təşkilatın hesabatında qeyd olunub ki, 2014-cü ilin sentyabrından 2015-ci ilin noyabrınadək ABŞ-ın rəhbərliyi altında koalisiya qüvvələrinin hava əməliyyatları nəticəsində 250 dinc sakin həyatını itirib. Məlumata görə, onların 66-sı 8 yaşdan, 44-ü isə 18 yaşdan kiçikdir. Hesabatda koalisiyanın 14 aylıq əməliyyatları nəticəsində İŞİD qruplaşmasının 3 547, "Ən Nusra Cəbhəsi"nin 136 silahlısı zərərsizləşdirilib.
Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi keçirdikləri hava əməliyyatları nəticəsində dinc sakinlərin ölmədiyini bildirir. 

Teqlər:  Son iki ayda Rusiyanın Suriyadakı əməliyyatlarında ölən dinc sakinlərin sayı açıqlanıb



RƏYLƏR


Top xəbərlər