Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

"İstehlakçı hüquqlarının müdafiəsi prioritet vəzifəmizdir"

Bakıda "Qaçqınların hüquqlarının müdafiəsi" seminarı keçirilir (06 Mart 2017 11:05)
Qobustanda maarifləndirici konfrans və seminar keçirilib (03 Mart 2017 20:42)
Yaponiya səfiri Azərbaycan QHT-ləri ilə üç layihə üzrə saziş imzalayıb (27 Fevral 2017 14:02)

Tarix: 10 Dekabr 2015 20:38

Bakı. Trend:

İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti istehlakçıların maarifləndirilməsi istiqamətində tədbirlərini davam etdirir.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Dövlət Xidmətinin təşkilatçılığı ilə dekabrın 9-da Azərbaycan Dövlət Dəniz Akademiyasında “İstehlakçı hüquqlarının müdafiəsi prioritet vəzifəmizdir” mövzusunda növbəti seminar keçirilib.

Tədbirdə təhsil müəssisəsinin müəllim və tələbələri iştirak edib.

Seminar iştirakçılarına istehlakçıların hüquqlarının qorunması sahəsində qanunvericilik barədə məlumat verilib, istehlakçı hüquqlarının təmin olunmasında dövlət orqanları ilə istehlakçılar arasında əlaqələrin genişləndirilməsinin əhəmiyyəti diqqətə çatdırılıb.

Tədbir çərçivəsində iştirakçıların istehlakçı hüquqları ilə bağlı sualları cavablandırılıb, onlara istehlakçı hüquqlarına dair müxtəlif maarifləndirici materiallar paylanıb.

Bizi Twitter-dən izləyin: @trend_az


Teqlər:  İstehlakçı hüquqlarının müdafiəsi prioritet vəzifəmizdir



RƏYLƏR


Top xəbərlər