Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Hindistan Azərbaycan hökuməti və xalqına başsağlığı verib

Hindistan Azərbaycan hökuməti və xalqına başsağlığı verib

Date: 10 December 2015 20:47

Bakı. 10 dekabr. REPORT.AZ/ Hindistan hökuməti "Günəşli" neft yatağındakı yanğın nəticəsində baş vermiş insan itkisi ilə bağlı Azərbaycan höküməti və xalqına başsağlığı bildirib.
Hindistanın Azərbaycandakı səfirliyindən "Report"a bildirilib ki, bununla əlaqədar Hindistan xarici işlər nazirinin müavini Navtej Sarnan Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfova başsağlığı məktub ünvanlayıb.
"Biz Hindistan höküməti və xalqı adından Azərbaycan hökuməti və xalqına dərin hüznlə başsağlığı diləyirik. Bu ağır zamanda bizim dua və düşüncələrimiz həlak olanların ailəsilə birlikdədir”, - məktubda deyilir.

Tags:  Hindistan Azərbaycan hökuməti xalqına başsağlığı verib

RƏYLƏR


Top news