Avroliqada son gün: 9 vəsiqə, 20 iddiaçı

Avroliqada son gün: 9 vəsiqə, 20 iddiaçı
21:01 10 Dekabr 2015
23 İdman
Ölkə mətbuatı
A- A+

Bu gün Avropa Liqasında qrup mərhələsinə yekun vurulacaq.

ANS PRESS-in məlumatına görə, baş tutacaq 24 oyundan sonra 1/16 final mərhələsinin bütün iştirakçıları bəlli olacaq.

Azərbaycan klublarından son çempion "Qarabağ" "Anderleхt"in qonağı olacaq. "Qəbələ" isə "Krasnodar"ı qəbul edəcək. "Qarabağ" qələbə qazansa, mərhələ adlaya bilər. Bunun üçün "Monako"nun "Tottenhem"lə oyunda хal itiriməsi vacibdi.


"Qarabağ" klubu.

Türkiyə "Fənərbaхça" klubu "Seltik"i qəbul edəcək. İstanbul klubu mərhələ adlamamaq üçün uduzmamalıdı. "Beşiktaş" isə səfərdə "Sportinq"in qonağı olacaq. "Qara Qartallar" mərhələ adalmaq üçün хal qazanmalıdı.

İndiyədək 15 komanda 1/16 finala vəsiqəni təmin edib. Daha 8 komanda isə Çempionlar Liqasında qrup üçüncüsü olduğu üçün mübarizəni Avropa Liqasında davam etdirəcək. Bu gecə son 9 vəsiqəninin sahibi müəyyənləşəcək. Bu vəsiqələrə 20 komanda iddiaçı var. Bundan əvvəl "Molde" (Norveç), "Liverpul" (İngiltərə), "Borussiya" (Dortmund, Almaniya), "Krasnodar" (Rusiya), "Napoli" (İtaliya), "Vilyarreal" (İspaniya), "Rapid" (Avstriya), "Braqa" (Portuqaliya), "Latsio" (İtaliya), "Sent Etyenn" (Fransa), "Bazel" (İsveçrə), "Tottenhem" (İngiltərə), "Şalke 04" (Almaniya), "Sparta" (Çexiya) və "Atletik" (İspaniya) 1/16 finala vəsiqə qazanıb.

Avropa Liqası
Qrup mərhələsi
VI tur, 10 dekabr

A qrupu
22.00 Fənərbaxça (Türkiyə) - Seltik (Şotlandiya)
22.00 Ayaks (Hollandiya) - Molde (Norveç)

B qrupu
22.00 Bordo (Fransa) - Rubin (Rusiya)
22.00 Sion (İsveçrə) - Liverpul (İngiltərə)

C qrupu
22.00 Borussiya D (Almaniya) - PAOK (Yunanıstan)
22.00 Qəbələ (Azərbaycan) - Krasnodar (Rusiya)

D qrupu
22.00 Midilyand (Danimarka) - Brügge (Belçika)
22.00 Napoli (İtaliya) - Legiya (Polşa)

E qrupu
22.00 Viktoriya (Çexiya) - Vilyareal (İspaniya)
22.00 Rapid (Avstriya) - Dinamo (Belarus)

F qrupu
22.00 Qriningen (Hollandiya) - Braqa (Portuqaliya)
22.00 Slovan (Çexiya) - Olimpik M (Fransa)

G qrupu
00.05 Sent-Etyenn (Fransa) - Latsio (İtaliya)
00.05 Dnepr (Ukrayna) - Rusenborq (Norveç)

H qrupu
00.05 Sportinq (Portuqaliya) - Beşiktaş (Türkiyə)
00.05 Şkenderbeu (Albaniya) - Lokomotiv (Rusiya)

I qrupu
00.05 Fiorentina (İtaliya) - Belenenseş (Portuqaliya)
00.05 Lex (Polşa) - Bazel (İsveçrə)

J qrupu
00.05 Anderlext (Belçika) - Qarabağ (Azərbaycan)
00.05 Tottenhem (İngiltərə) - Monako (Fransa)

K qrupu
00.05 Asteras (Yunanıstan) - Şalke 04 (Almaniya)
00.05 APOEL (Kipr) - Sparta (Çexiya)

L qrupu
00.05 Atletik (İspaniya) - Alkmar (Hollandiya)
00.05 Patizan (Serbiya) - Auqsburq (Almaniya)

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=4&nid=366973

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR