Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Dövlət qulluqçuları attestasiyadan keçəcək - VİDEO

Dövlət qulluqçuları attestasiyadan keçəcək - VİDEO

Date: 10 December 2015 21:05

Bu gündən etibarən  dövlət qulluqçularının attestasiyası müəyyən olunmuş müddət ərzində aparılacaq və nəticələrə əsasən onların işdə qalıb - qalmayacaqları ilə bağlı qərarlar qəbul ediləcək. Bu, Nazirlər Kabinetinin təsdiq etdiyi  "Dövlət qulluqçusunun attestasiyasının keçirilməsi qaydaları"nda əksini tapıb.

Milli.Az "Xəzər Xəbər"ə istinadən bildirir ki, artıq hər bir dövlət qulluqçusu öz üzərinlə işləməyə məcbur olacaq. Çünki Nazirlər Kabinetinin təsdiq etdiyi "Dövlət qulluqçusunun attestasiyasının keçirilməsi Qaydaları"nın məqsədi bu kateqoriyaya aid olanların, tutduqları vəzifəyə uyğun gəlib-gəlmədiyinin müəyyənləşdirilməsi və onların peşə səriştəliyinin artırılmasının stimullaşdırılmasıdır.

Dövlət Qulluğu Məsələləri üzrə Komissiyasının hüquq şöbəsinin müdiri Vüqar Əsgərovun sözlərinə görə, inzibati və yardımçı vəzifələri tutan hər bir dövlət qulluqçusu 5 ildən bir imtahandan keçəcək.

Attestasiya komissiyası tərəfindən həyata keçiriləcək proses nəticəsində dövlət qulluqçularına " Tutduğu vəzifəyə uyğun gəlir" , "İşini yaxşılaşdırsa və komissiyanın tövsiyələrini yerinə yetirsə, 1 ildən sonra təkrar attestasiyadan keçmək şərtilə tutduğu vəzifəyə uyğun gəlir " və  "Tutduğu vəzifəyə uyğun gəlmir." qiymətləri veriləcək. Yəni dövlət qulluqçusu işdən kənarlaşdırıla da bilər.

Eyni zamanda yaxşı nəticə göstərən dövlət qulluqçularının analoji olaraq daha yüksək vəzifəyə təyin edilməsi də istisna edilmir.
Milli.Az


Tags:  Dövlət qulluqçuları attestasiyadan keçəcək VİDEO


RƏYLƏR


Top news