Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Türk əsilli alimə Nobel mükafatı təqdim edilib

Türk əsilli alimə Nobel mükafatı təqdim edilib

Date: 10 December 2015 21:07

Bakı. 10 dekabr. REPORT.AZ/ Norveçin paytaxtı Osloda bu axşam keçirilən mərasimdə Nobel mükafatı sahiblərinə təqdim edilib.
"Report" xəbər verir ki, kimya üzrə Nobel mükafatını alanlardan biri də türk əsilli ABŞ vətəndaşı Əziz Səncərdir olub.
Kimya elmi üzrə 2015-ci il Nobel mükafatı Tomas Lindal (Britaniyada işləyir), Pol Modriç və Əziz Səncərə (hər ikisi ABŞ-da işləyir) verilib.
Onlar zədələnən DNT-nin "təmiri" və genetik informasiyanın saxlanılması zamanı molekulyar səviyyəni göstərən üsulun tapılmasına görə bu mükafata layiq görülüblər.
Professor, doktor Əziz Səncər xərçəng xəstəliyi ilə bağlı əhəmiyyətli elmi işləri olan dünyada tanınan alimdir. O, xərçəng xəstəliyində "ritmik saat" müalicəsinin müəllifidir.
Əziz Səncər hazırda ABŞ-ın Şimali Karolina Universitetinin Biokimya və biofizika fakültəsinin müəllimidir.


Tags:  Türk əsilli alimə Nobel mükafatı təqdim edilib

RƏYLƏR


Top news