Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

"İslam Dövləti": Milyard dollarlıq iqtisadiyyat

"İslam Dövləti": Milyard dollarlıq iqtisadiyyat

Date: 10 December 2015 21:12

Özünü İslam Dövləti (İD) adlandıran cihadçı qrup, əsas etibarilə vergidən ayda 80 milyon dollar və ya ildə 960 milyon dollar qazanır. Lakin bu yaxınlarda silahlı qruplaşma gəlirlərini artırmaq məqsədilə döyüşçülərinin maaşlarını azaltmalı olub.
İD beynəlxalq səhnəyə 2014-cü ildə Suriya və İraqda böyük ərazilər qəsb etməklə çıxıb. Təşkilat kütləvi qətllər, adam oğurluğu və baş kəsilməsi də daxil, özünün qəddarlığı ilə ad çıxarıb.
Milli.Az BBC-yə istinadən bildirir ki, qrup müsəlman aləminin başqa yerlərində də özünə dəstək qazanıb və ABŞ-ın rəhbərlik etdiyi koalisiya onu məhv edəcəyini bildirib. Qruplaşmanın hər ay milyonlarla dollar mənfəət əldə etdiyi düşünülür.
HİS İnc. şirkətindən bu araşdırmanı aparmış Columb Strack BBC Dünya xidmətinə müsahibə verib.

"Bu rəqəmin 50 faizini vergilər və mülkiyyət müsadirəsi, 43 faizini neftdən gələn gəlirlər və qalanını isə narkotik maddə qaçaqmalçılığı, elektrik satışı və fərdi ianələrdən əldə olunan pullar təşkil edir".
Lakin Strack bildirir ki, İslam Dövləti yalnız terrorçu təşkilat deyildir: "Onlar dövləti idarə edirlər və yerli dükanlardan tutmuş internet provayderlərinədək bütün kommersiya fəaliyyətinin üzərinə 20 faizlik vergi qoyublar".
Qətərdəki Royal United Services Institute araşdırma mərkəzindən Michael Stephens bu baxışı bölüşür və deyir ki, belə görünür, İslam Dövləti yarımdövlət strukturları şəkilində - nazirliklərin, ədalət məhkəmələrinin və hətta elementar vergi sisteminin əsaslarnı yaradır. "Hər hansı bir şəhərə nəzarəti ələ alan kimi, təşkilat çevik bir şəkildə ərazidəki su, taxıl və yanacaq kimi resursları ələ keçirərək yerli əhalini yaşamaq üçün özündən asılı vəziyyətə salır".

2014-cü ilin sentyabrında ABŞ Milli Əks-Terror Mərkəzinin (US National Counterterrorism Center - NCTC) o vaxtkı direktoru Matthew Olsen demişdi ki, İD Dəclə-Fərat hövzəsində, Böyük Britaniyanın ərazisi qədər, yəni təxminən 210 min kvadrat kilometrlik əraziyə nəzarət edir.
Bir il sonra ABŞ-ın Müdafiə Nazirliyi elan etdi ki, ABŞ koalisiyasının hava zərbələri və quru əməliyyatları nəticəsində şimali və mərkəzi İraqda, habelə şimali Suriyada İD-lə cəbhə xətti xeyli geriyə atılıb. Nazirlik bildirirdi ki, İD İraq və Suriyada nəzarətində olan məskun ərazinin 20-25 faizində bir il bundan əvvəl olduğu kimi sərbəst hərəkət edə bilmir.

Buna baxmayaraq İD İraqın Anbar vilayətindəki Ramadi şəhəri və Suriyanın Homs əyalətindəki Palmira kimi strateji əhəmiyyəti olan yeni ərazilər zəbt edə bilib.
Bununla belə, milyonlarla dollar gəlir əldə etməsinə baxmayaraq, İD təzyiq altındadır və "kənd təsərrüfatı üzərinə əlavə vergilər və Raqqa əhalisinə satılan neftin qiymətini qaldırmaq da daxil, yeni gəlir mənbələri axtarır, - deyir Columb Strack.
Cənab Strack bildirir ki, onlar həmçinin döyüşçülərin maaşlarını 400 dollardan 300 dollara endirməli olublar.
Milli.Az


Tags:  İslam Dövləti Milyard dollarlıq iqtisadiyyat


RƏYLƏR


Top news