Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Argentinanın yeni prezidenti vəzifəsinə başlayır

Argentinanın yeni prezidenti vəzifəsinə başlayır

Date: 10 December 2015 21:17

Bakı. 10 dekabr. REPORT.AZ/ Argentinanın yeni prezidenti Maurisio Masri and içərək 12 il ölkəyə liderlik edən Kristina Fernandez Kirşner və onun həyat yoldaşı Nestor Kirçnerdən hakimiyyəti təhvil alıb.
"Report"un "Amerikanın Səsi"nə istinadən verdiyi xəbərə görə, mühafizəkar Masri Argentina Konqresində and içərək “Bu gün arzularım baş tutdu” deyib.
Prezident ofisini tərk edən Kristina Fernandez Kirşner, yeni dövlət başçısının andiçmə mərasimində iştirak etməyib. O, 1983-cü ildə Argentinada hərbi diktaturanın başa çatmasından sonra andiçmə mərasiminə qatılmayan ilk sabiq prezidentdir.
Buenos-Ayresin meri olmuş Masri ticari məhdudiyyətləri və bürokratik əngəlləri aradan qaldıracağına və Argentina valyutasının dəyərini artıracağına söz verib. Latın Amerikasının 3-cü ən böyük iqtisadiyyatı olan Argentinada inflasiya 30 faiz təşkil edir və ümumdaxil məhsul istehsalı sıfıra yaxındır.

Tags:  Argentinanın yeni prezidenti vəzifəsinə başlayır

RƏYLƏR


Top news