Türk alimə Nobel verildi

Türk alimə Nobel verildi
21:22 10 Dekabr 2015
18 Digər
Ölkə mətbuatı
A- A+

Norveçin paytaxtı Osloda bu axşam keçirilən mərasimdə Nobel mükafatı sahiblərinə təqdim edilib.
Milli.Az "Report"a istinadən bildiriri ki, kimya üzrə Nobel mükafatını alanlardan biri də türk əsilli ABŞ vətəndaşı Əziz Səncərdir olub.
Kimya elmi üzrə 2015-ci il Nobel mükafatı Tomas Lindal (Britaniyada işləyir), Pol Modriç və Əziz Səncərə (hər ikisi ABŞ-da işləyir) verilib.
Onlar zədələnən DNT-nin "təmiri" və genetik informasiyanın saxlanılması zamanı molekulyar səviyyəni göstərən üsulun tapılmasına görə bu mükafata layiq görülüblər.
Professor, doktor Əziz Səncər xərçəng xəstəliyi ilə bağlı əhəmiyyətli elmi işləri olan dünyada tanınan alimdir. O, xərçəng xəstəliyində "ritmik saat" müalicəsinin müəllifidir.
Əziz Səncər hazırda ABŞ-ın Şimali Karolina Universitetinin biokimya və biofizika fakültəsinin müəllimidir.
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/389258.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR