Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Fətullah Gülən məhkəməyə verilib (VİDEO)

Fətullah Gülən məhkəməyə verilib (VİDEO)

Date: 10 December 2015 21:36

Türkiyədə“paralel dövlət” yaratmaqda və Ərdoğan hakimiyyətinə qarşı bu kimi bir çox gizli fəaliyyətlərdə adıçəkilən Fətullah Gülən indi hüquqi sınaq qarşısındadır. Onunla bağlı məhkəməyə müraciət Türkiyədən deyil ABŞ-dan olunub.

ANS TV-nin məlumatına görə, Türkiyə siyasətində böyük qalmaqallara səbəb olan və indi Amerikada mühacir həyatı yaşayan Gülən hərəkatının lideri Fətullah Gülən insan haqqları pozuntusu ilə bağlı məhkəməyə verilib.

Pensilvaniya ştatında məhkəməyə ərizəni “Amsterdam & Partners” Korporasiyasının təsisçisi Robert Amsterdam və “Foks Rotşild”şirkətinin Filadelfiya ofisinin rəsmisi Patrik Eqan təqdim edib.

Onlar Türkiyədə polis orqanlarında çalışan davamçılarına qanunsuz həbslər həyata keçirməyi, sübutları saxtalaşdırma və hərəkatına qoşulmaq üçün tələbələri yoldan çıxararaq, ABŞ-a göndərilməyi planlaşdıran bu şəxsin elə Amerika üçün də təhlükəli olduğunu söyləyiblər.

Maraqlıdır ki, Birləşmiş Ştatlarda yaşayan bir neçə türk müəllim də Fətulla Güləndən onun hərəkatına yeni tələbələr cəlb etmək barədə göstəriş aldıqlarından şikayətlənib.

Gülən hərəkatının Türkiyədə hökümətə qarşı “paralel dövlət” hazırlamaq cəhdi böyük qalmaqala səbəb olmuş, hətta onun hüquq-mühafizə orqanlarında çalışan yüzlərlə tərəfdaşı işdən kənarlaşdırılmışdı.

Onlara qarşı dövlətə aid məxfi sənədləri siyasi və hərbi casusluq məqsədlərilə yaymaq, hakimiyyəti devirməyə cəhd, qanunsuz dinləmə aparmaq maddələrilə cinayət işi açılıb.

Gülənçilərin dalğasının bir ucu, hətta Azərbaycana da gəlib çatdı.

Sonda Azərbaycanda bu qruplaşma ilə bağlı olan bir sıra vəzifəli şəxs işdən kənarlaşdırıldı.


Tags:  Fətullah Gülən məhkəməyə verilib VİDEO


RƏYLƏR


Top news