İspaniya La Liqasında minimum əmək haqqı artırılıb

İspaniya La Liqasında minimum əmək haqqı artırılıb
21:43 10 Dekabr 2015
51 Digər
Ölkə mətbuatı
A- A+


Madrid, 10 dekabr, AZƏRTAC
İspaniya Peşəkar Futbol Liqası və İspaniya Futbolçular Assosiasiyası arasında yeni kollektiv əmək müqaviləsi imzalanıb. Müqavilənin şərtlərinə görə, növbəti mövsümdən etibarən İspaniya futbol çempionatının yüksək liqasında çıxış edən oyunçuların minimum illik əmək haqqı 155 min avro olacaq.
Müqavilə 2016-cı il iyulun 1-dən qüvvəyə minəcək. Hazırda İspaniya La Liqasında oynayan futbolçular üçün illik əmək haqqının minimum məbləği 129 avrodur.

Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Ispaniya_La_Liqasinda_minimum_emek_haqqi_artirilib-910197

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR