Bərdədə “Cəmiyyət və dini radikalizm” mövzusunda maarifləndirici tədbir keçirilib

Bərdədə “Cəmiyyət və dini radikalizm” mövzusunda maarifləndirici tədbir keçirilib
21:53 10 Dekabr 2015
40 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 10 dekabr, AZƏRTAC
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Bərdə rayonu Uğurbəyli kənd məscidi dini icmasının həyata keçirdiyi “Dindarların radikal təsirlərdən qorunması” layihəsi çərçivəsində dekabrın 10–da “Cəmiyyət və dini radikalizm” mövzusunda növbəti maarifləndirici tədbir keçirilib.
Komitənin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, iştirakçılar əvvəlcə “Günəşli” yatağındakı 10 saylı dəniz özülündə baş vermiş qəza zamanı həyatlarını itirən insanların xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Tədbiri açan Bərdə rayonu Uğurbəyli kənd məscidi dini icmasının sədri Səbuhi Hacıyev tarixi hadisələrdən dərs almağın vacibliyini qeyd edib. Əsil dindar olmağın əhəmiyyətindən danışan icma sədri bilikdən məhrum səmimiyyətin kortəbii itaətə səbəb olduğunu vurğulayıb. O, dövlətimizin başçısının dini icmalara dini maarifləndirmə və milli-mənəvi dəyərlərimizin qorunması ilə bağlı maliyyə yardımının ayrılması barədə Sərəncamını dövlətin dinə olan növbəti qayğısı kimi qiymətləndirib.
Mövzu ilə bağlı çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə şöbəsinin əməkdaşı Fuad Şirinov dini radikalizmin mahiyyəti və yaranma səbəblərindən danışıb. Dini əqidənin səhv başa düşülməsinin həm dinin özünə zərər vurduğunu, həm də cəmiyyət üçün çox təhlükəli nəticələrə gətirib çıxardığını diqqətə çatdırıb.
Tədbirdə Bərdə Rayon İcra Hakimiyyətinin əməkdaşı Eldəniz Səfərov, Qafqaz Müsəlmanları İdarəsinin Bərdə rayonu üzrə səlahiyyətli nümayəndəsi, Bərdə şəhər “Cümə” məscidinin axundu Ramazan Hüseynov, Lənbəran kənd “Hacı Həmid” məscidi dini icmasının sədri Əkrəm Əfəndiyev və digər çıxış edənlər mövzu ilə bağlı fikirlərini bölüşüblər. Onlar radikalizmin cəmiyyət üçün fəsadlarından, gəncləri qeyri-ənənəvi dini cərəyanların təsirinə düşməkdən çəkindirmə yollarından bəhs ediblər.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Berdede_Cemiyyet_ve_dini_radikalizm_movzusunda_maariflendirici_tedbir_kechirilib-910200

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR