Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

O zaman Həzrət İsrafilin (ə) suru 3 dəfə çalınar

O zaman Həzrət İsrafilin (ə) suru 3 dəfə çalınar

Date: 10 December 2015 21:57

İnsan bu dünyanı ana bətnində böyüyərək dərk edər. Bu, elə bir evdir ki, kiçik və dardır. Bayırda olanlarla rabitəsi yoxdur. Bu, elə bir aləmdir ki, ondan xaricdə olan aləmdən insan xəbərsiz olur. Elə bilir ki, bütün ömrünü bu qaranlıq otaqda keçirəcəkdir.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, bir müddət keçir və bu qaranlıq mühitdən xaric olur və daha geniş bir dünyaya qədəm basır. Elə bir dünya ki, bər-bəzəyi ilə hər kəsi aldada bilir və onu görəni özünə məşğul edir. Təhlükə hiss edən körpə ana bətnindən çıxan kimi, ağlamağa başlayır.
Zaman keçdikcə o, öz kiçik gözlərini açır və qarşısında olan böyük dünyanı dörür. Dünyanın cazibəsinə qapılıb, ağlamaq yerinə gülməyə başlayır. Get-gedə zəif bədəni güclənir və sevinclə dolu cavanlıq dövrünə qədəm basır.
Ancaq çox təəssüf ki, çox keçmir və bu cavanlıq və təravət aradan gedir və ömür günəşi batır. Cavanlıq yerini qocalığa verir. Bu zaman çoxlu əziyyət və ağrı çəkir. Ölümdən savayı heç nə onun üçün məlhəm olmur.
İnsan cavidan olan həyata qədəm basır. Elə bir aləm ki, məhv olmur, fani deyildir. Həqiqətlər burada aşkara çıxır. Bu aləmdə İlahi məhkəmə onu gözləyir. Dünyada əkdiyi əməl toxumlarının meyvəsini bu dünyada biçər. Bu əzəmətli dünyanın tale həll edən günü - Qiyamət günüdür. Qiyamət - elə bir gündür ki, bütün peyğəmbərlər (ə) və İmamlar (ə) ona xüsusi diqqət etmiş və insanları onun barəsində maarifləndirmişdilər. (Tebyan)
İmam Əli (ə) buyurur: "Allahın bəndələri! O gündən qorxun ki, insanın əməl və rəftarı hesaba çəkilər. Elə bir gün ki, təşviş və iztirabla doludur. Uşaqlar o gündə qocalarlar".
Qiyamət gününün dəhşəti və əzəməti o qədər böyükdür ki, hər bir qüdrət sahibini təslim olmağa vadar edər. Hər kəs qarşısında bellərini əyər və dillər acizlikdən şikayət edər. "Səndən Qiyamət barəsində - onun nə vaxt baş verəcəyini soruşurlar? De: "Həqiqətən onun elmi yalnız Rəbbimin yanındadır. Onu vaxtı (çata)nda yalnız O, zahir edəcəkdir. (Bu hadisə) göylərdə və yerdə (onların sakinləri üçün) ağırdır. O, sizə yalnız qəfildən gələcəkdir". ("Əraf" 187).
İmam Sadiq (ə) buyurur: "Həzrət İsa (ə) Cəbrayildən (ə) soruşur: "Qiyamət nə zaman bərpa olacaqdır?". Cəbrayil (ə) Qiyamət sözünü eşidən kimi titrəmə onu tutur və o həddə ki, özündən gedir və yerə yıxılır. O zaman ki, təbii halına qayıdır, deyir: "Səndən Qiyamət barəsində - onun nə vaxt baş verəcəyini soruşurlar? De: "Həqiqətən onun elmi yalnız Rəbbimin yanındadır"".
İmam Səccad (ə) buyurur ki, Həzrət İsrafil (ə) Allah tərəfindən Qiyaməti bərpa etmək üçün vəzifələndirilmişdir. Bir şeypuru vardır ki, onu üç dəfə çalacaqdır. Birinci dəfə insanları qorxutmaq üçün, ikinci dəfə ölməkləri üçün, üçüncü dəfə dirilmələri üçün.
İmam Səccad (ə) buyurur: "O zaman ki, dünya sona çatar və ömrü qurtarar, Allah İsrafilə (ə) əmr edər ki, qorxu şeypurunu çalsın. O zaman ki, İlahi mələklər onu yerə gələn halda və əlində şeypurla görərlər, deyərlər ki, Allah yer və göy əhlinin ölmək icazəsini vermişdir. İsrafil (ə) Beytul-müqəddəsdə yerə enər və üzü qibləyə dayanar və surunu çalar. Allah Təala buyurar: "(Yada sal) o günü ki, (ilk dəfə) Sur çalınar. Allahın istədiklərindən başqa (məsələn ilk dəfə ölümü dadan ruhlar kimi) göylərdə və yerdə olanların (canlıların) hamısı vəhşətə düşər (və ölərlər). Və Surun (ikinci dəfə) çalınacağı gün Allahın (məhşər dəhşətindən amanda qalmalarını) istədiyi kəslərdən savayı göylərdə və yerdə olanların hamısı (dirilərək) vəhşətə düşər. Dirilənlərin hamısı (Surun üçüncü dəfə çalınması ilə)müti və zəlil bir vəziyyətdə (hesab-kitab üçün) Ona (tərəf) gələrlər". ("Nəml" 87).
Həmin günü yer elə titrəyər ki, hər bir süd verən ana körpəsini unudar. Qorxunun şiddətindən hamilə qadın körpəsini siqt edər. İnsanlar bir-birinin üstünə düşər və özlərini elə itirərlər ki, sanki məst və ağılsız olublar. Qorxunun şiddətindən cavanların qara saqqaları ağarar, şeytanlar yerin ətrafında uçarlar və hər biri bir küncə pənah aparar. Bu sur o qədər qorxuludur ki, əgər Allahın iradəsi ruhların bədəndə qalması olmasaydı, hər an dəhşətin şiddətindən bədənlərindən xaric olardı.
İmam Səccadın (ə) Qiyamət haqqında buyurduğu bu hədis həmin günün dəhşətli səhnələrindən bəhs edir. Ona görə də hələ ki, fürsət var, hər birimiz təqva və iman silahı ilə təchiz olmalı, özümüzü İlahi qürbə yaxınlaşdırmaq üçün çalışmalıyıq. Hər kim Qiyamətin dəhşətli səhnələrini daima ürəyində diri saxlayar, gecə və gündüzünü Allah rizası olan işlərlə başa vurar.
 
Milli.Az


Tags:  zaman Həzrət İsrafilin suru dəfə çalınar


RƏYLƏR


Top news