Si Cinpin: "Azərbaycanla Çin arasında təhlükəsizlik sahəsində əməkdaşlıq regionda çox böyük rol oynayacaq"

Si Cinpin: "Azərbaycanla Çin arasında təhlükəsizlik sahəsində əməkdaşlıq regionda çox böyük rol oynayacaq"
21:57 10 Dekabr 2015
14 Ölkə
Ölkə mətbuatı
A- A+

"İsraillə Azərbaycanı dərin dostluq münasibətləri bağlayır" (20 Aprel 2017 17:05)
"ABŞ diqqətini Azərbaycanla münasibətlərinə yönəltsə..." - "Diplomatic Courier" (20 Aprel 2017 15:22)
Səfir: "Azərbaycanla İsveçrə uzun illərdir uğurlu əməkdaşlıq edir" (14 Aprel 2017 08:27)

Azərbaycanla Çin arasında təhlükəsizlik sahəsində əməkdaşlıq regionda çox böyük rol oynayacaq. Bunu Çin Xalq Respublikasının Sədri Si Cinpin dekabrın 10-da Pekində Azərbaycan Prezidenti İlham Əliyevlə geniş tərkibdə görüşündə deyib.

Çin Xalq Respublikasının Sədri Si Cinpin deyib ki, uzun illərdir, Çin ilə Azərbaycan hüquq bərabərliyi, qarşılıqlı fayda və qarşılıqlı hörmət ruhunda ikitərəfli əlaqələri inkişaf etdirir, həyati əhəmiyyətli və ciddi narahatlıq doğuran məsələlərdə bir-birini qətiyyətlə dəstəkləyirlər: "Siyasi sahədə qarşılıqlı etimad daim möhkəmlənir, çoxplanlı əməkdaşlıq fasiləsiz olaraq dərinləşir. Ölkələrimiz arasında dostluq və əməkdaşlıq münasibətləri üçün möhkəm təməl və geniş perspektivlər var. Cənab Prezident Çin xalqının köhnə dostudur. Siz Çin-Azərbaycan münasibətlərinin inkişafı üçün daim səy göstərirsiniz. Keçən ilin mayında Siz Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Sammitində iştirak edirdiniz. Bu Sammit çərçivəsində biz ikitərəfli münasibətlərə və qarşılıqlı maraq doğuran problemlərə dair fikir mübadiləsi apardıq, geniş əhatəli məsələlərə dair qarşılıqlı anlaşmaya nail olduq.

Cənab Prezident, mən ikitərəfli münasibətlərin inkişafında yüksək dinamikanı daim saxlamaq üçün Sizinlə bərabər işgüzar əlaqələri fəallaşdırmağa hazıram. Bir neçə gün bundan əvvəl Azərbaycanda, Xəzərdəki neft mədənində yanğın baş verib, ciddi tələfat olub. Cənab Prezident, bununla əlaqədar, fürsətdən istifadə edib, Çin Hökuməti və Çin xalqı adından, şəxsən öz adımdan Sizə, həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı vermək, habelə Sizinlə həmrəy və kədərinizə ürəkdən şərik olduğumu bildirmək istərdim".

Çin Xalq Respublikasının Sədri Si Cinpin Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə sabitliyin möhkəmləndiyini, iqtisadi inkişafın artdığını, əhalinin rifah halının yaxşılaşdığını dedi. Azərbaycanın beynəlxalq nüfuzunun yüksəldiyini bildirən Çin Xalq Respublikasının Sədri ölkəmizin birinci Avropa Oyunlarını yüksək səviyyədə keçirdiyini qeyd etdi. O, Yeni Azərbaycan Partiyasının parlament seçkilərində qələbə qazanması münasibətilə təbriklərini çatdırdı. Si Cinpin Çinin Azərbaycanın ərazi bütövlüyünün bərpası, müstəqilliyinin və suverenliyinin möhkəmləndirilməsi istiqamətində səylərini bundan sonra da dəstəkləyəcəyini vurğuladı.

Prezident İlham Əliyevin Çinə dövlət səfəri çərçivəsində Sian şəhərində olduğunu xatırladan Çin Xalq Respublikasının Sədri İpək Yolunun başladığı Sianın onun doğma şəhəri olduğunu qeyd etdi. Si Cinpin İpək Yolu üzrə iqtisadi zolağın yaradılması layihəsinin həyata keçirilməsində Azərbaycanın fəaliyyətini dəstəklədiyini diqqətə çatdırdı. O, bununla bağlı bu gün imzalanacaq sənədin bu sahədə əməkdaşlığımızda yeni səhifə açacağını vurğuladı.

Azərbaycanın 2020-ci ilə qədər inkişaf konsepsiyasının olduğunu vurğulayan Si Cinpin ölkəmizin böyük fəaliyyət planı qurduğunu, Çinin də öz perspektivlərini müəyyənləşdirən böyük planlar üzərində işlədiyini qeyd etdi. Bildirdi ki, hazırda Çin şirkətləri Azərbaycanda energetika, informasiya-kommunikasiya texnologiyaları sahələrində və digər sahələrdə uğurla fəaliyyət göstərir. Bu sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi üçün yaxşı perspektivlər mövcuddur. Maliyyə sahəsində də əlaqələrin perspektivlərinin olduğunu deyən Çin Xalq Respublikasının Sədri Asiya İnfrastruktur İnvestisiyaları Bankı ilə əməkdaşlığın əhəmiyyətini, həmçinin nəqliyyat, sənaye sahələrində əlaqələrin genişləndirilməsinin mümkünlüyünü qeyd etdi. Azərbaycanın Avrasiyanın mərkəzində yerləşdiyini vurğulayan Si Cinpin ölkəmizin logistika, beynəlxalq nəqliyyat sistemində yaxşı imkanlarının olduğunu, respublikamızın bu sahədə Çin ilə Avropa arasında mühüm tranzit rolu oynaya biləcəyini diqqətə çatdırdı. Çin Xalq Respublikasının Sədri xalqlarımız arasında humanitar, mədəniyyət sahələrində əməkdaşlığın, parlamentlərarası əlaqələrin, gənclər təşkilatlarının əməkdaşlığının genişləndirilməsinin mümkünlüyünü vurğuladı. O, dünyada terrorizm, təcavüzkar separatizm təhdidlərinin olduğu bir vaxtda Azərbaycan ilə Çin arasında təhlükəsizlik sahəsində əməkdaşlığın regionda çox böyük rol oynayacağını söylədi, ölkələrimizin hüquq mühafizə orqanlarının bu cür hallara qarşı mübarizəni genişləndirməsinin önəmini qeyd etdi.

Beynəlxalq təşkilatlarda yaxşı əməkdaşlığımızın olduğunu deyən Çin Xalq Respublikasının Sədri ölkələrimizin bir çox məsələlərdə mövqelərinin üst-üstə düşdüyünü vurğuladı. Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirədə əməkdaşlığın genişləndirilməsinin mümkünlüyünü qeyd edən Sədr Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatına "Dialoq üzrə tərəfdaş" statusunda qoşulmasının önəmini diqqətə çatdırdı.

Milli.Az

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün

Qorxunc HADİSƏ: azyaşlının üstündən iki maşın keçdi, SAĞ QALDI - ANBAAN VİDEO

26 Aprel 2017 15:58

AFFA-nın Futbol Akademiyasında UEFA-nın Pro kateqoriyalı məşqçi kursunun 1-ci moduluna start verilib

26 Aprel 2017 15:57

Azərbaycanın xarici ölkələrdəki ticarət nümayəndələrinə diplomatik pasport və rütbə veriləcək

26 Aprel 2017 15:57

​Daha az benzin işlədən avtomobillər bunlardır

26 Aprel 2017 15:54

Əli Həsənov: "Vaxtında və adekvat addımlar atılır"

26 Aprel 2017 15:53

Gürcüstanda cinayət törətmiş şəxs Azərbaycanda yaxalandı

26 Aprel 2017 15:49

Türkiyədə rus generalın MEYİTİ TAPILDI - FOTOLAR

26 Aprel 2017 15:48

Ekspert: "Metsamor" AES-in fəaliyyəti təkcə Azərbaycan yox, bütün region üçün təhlükədir"

26 Aprel 2017 15:47

Dünya çempionatının kubalı medalçısı Azərbaycan milli komandasına cəlb olunub

26 Aprel 2017 15:47

“Azərpoçt”un şöbəsindən dəmir seyf oğurlanıb

26 Aprel 2017 15:42

Eşidən onu görməyə qaçdı - Rus general yerin altından "çıxdı" - FOTO

26 Aprel 2017 15:42

Azərbaycanda ən çox bahalaşan xidmətlər açıqlanıb

26 Aprel 2017 15:42

Azərbaycanda uçan taksilər fəaliyyətə başlayır?

26 Aprel 2017 15:37

"Sahibkarlığa göstərilən dövlət qayğısı müxtəlif sahələrdə özünü büruzə verir"

26 Aprel 2017 15:37

"AŞ PA-nın qərarı Türkiyənin daha sərt cavab verməsinə səbəb ola bilər" - Ekspert

26 Aprel 2017 15:37

Qalmağa ev axtaran qadına kişilərdən əxlaqsız təklif...

26 Aprel 2017 15:36

“Android” smartfonlar bazarında mövqeyini möhkəmləndirməkdə davam edəcək

26 Aprel 2017 15:35

Deputat: “Avropa İttifaqı ilə başladılan yeni saziş Rusiya əleyhinə deyil”

26 Aprel 2017 15:33

Şou-biznes nümayəndələri deputat haqqında: “O, səsini satmağa hazırdır” - FOTOLAR

26 Aprel 2017 15:33

“Creditinfo-Azerbaijan”ın nizamnamə kapitalı 5 mln. manata yaxın olacaq

26 Aprel 2017 15:32

Putin: "Rusiya "üzən məzənnə"dən imtina etməyəcək"

26 Aprel 2017 15:32

Akademik Milli Dram Teatrı may ayına olan repertuarını açıqlayıb

26 Aprel 2017 15:32

Səlahət Ağayev “ağ-qara” formada: İlinə 270 min manat!

26 Aprel 2017 15:29

Bakıdan qayıdan Timati xəstəxanaya çatdırıldı

26 Aprel 2017 15:29

Qaramatın manifesti

26 Aprel 2017 15:27

Körpələrə Leysan, Qaroğlan, Tufanə kimi adlar verilib

26 Aprel 2017 15:27

"Türkiyə ilə bağlı qərar sübut etdi ki, AŞPA islamofob qüvvələrin təzyiq alətinə çevrilib"

26 Aprel 2017 15:27

Qızının cehiz pulunu verə bilməyən ana 9 İL HƏBS edildi

26 Aprel 2017 15:24

Mətanət Əliverdiyevanın qır-qızılı - FOTO

26 Aprel 2017 15:22

Hindistan səfiri BANM-də olub

26 Aprel 2017 15:22

Qaradağdakı məcburi köçkünlərin evləri sökülür? - RƏSMİ AÇIQLAMA

26 Aprel 2017 15:19

Damla, Şəbnəm Tovuzlu, Mətanət Əsədli...

26 Aprel 2017 15:19

MTN əməkdaşı: “Ədilovu Çovdarovun qəbuluna apardıq”

26 Aprel 2017 15:18

Sən demə, uzunmüddətli sevgi münasibətləri BUNUNLA BAĞLI İMİŞ

26 Aprel 2017 15:18

Rusiya qırıcısı qəzaya uğradı - Pilotlar axtarılır

26 Aprel 2017 15:17

Bakıda qızına cehiz alarkən dələduzluq edən qadın 9 il müddətinə azadlıqdan məhrum edilib

26 Aprel 2017 15:17

Azər Türk Bank ölkədə ilk Maliyyə və İnvestisiya Forumuna dəstək verir

26 Aprel 2017 15:17

Azərlə Zümrüdün romantik rəqsi - FOTO

26 Aprel 2017 15:12

Milli Gimnastika Arenasının direktoru Dünya Kubokunda tətbiq olunacaq yeniliklər haqqında - FOTO

26 Aprel 2017 15:12

BƏƏ-nin hərbçisi İran Hərbi Dəniz Qüvvələri ilə qarşıdurma nəticəsində ölüb

26 Aprel 2017 15:12

Premyer Liqanın daha bir yaxşısı bəlli oldu

26 Aprel 2017 15:12

Gənc qızla evlənən 60 yaşlı polkovinik: "Yaş məsələsi problem deyil

26 Aprel 2017 15:10

23 yaşlı qızın 3 ay ömrü qalıb - KÖMƏK EDƏK! - VİDEO

26 Aprel 2017 15:09

“Qərbi Abşeron” yatağında yeni quyu istismara verilib

26 Aprel 2017 15:07

Barak Obamanın “Wall Street”dəki çıxışına görə 400 min dollar qonorar istəməsi kəskin tənqid edilib

26 Aprel 2017 15:07

"Zlatanla işimizin bəhrəsini yaxın zamanda görəcəksiniz"

26 Aprel 2017 15:05

"AŞPA-nın qərarı əhəmiyyətsizdir" - Çavuşoğlu

26 Aprel 2017 15:04

Akif Çovdarovun məhkəməsində MTN əməkdaşı ifadə verib

26 Aprel 2017 14:59

Birinci xanım üçün ÖZƏL GÜN - FOTOLAR

26 Aprel 2017 14:58

Yumurta birinci yaranıb, yoxsa toyuq?

26 Aprel 2017 14:58