Millimiz İsveçə 8 qol vurdu

Millimiz İsveçə 8 qol vurdu
22:03 10 Dekabr 2015
27 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Futzal üzrə dünya çempionatının seçmə mərhələsində Azərbaycan milli komandası ilk oyununu keçirib.

Trend-in məlumatına görə, Xorvatiyanın Osiyek şəhərindəki "Dvorana Gradski VRT" idman kompleksində İsveç millisi ilə qarşılaşan komandamız 8:2 hesabı ilə qələbə qazanıb. Millimizin heyətində Eduardo Mello Borqes het-trik, Vitali Borisov isə dubl edib. Hərəyə 1 dəfə Vieyra Da Silva Auqusto Sezar, Amadeu Fernandes da Silva və Fineo de Araujo fərqləniblər.

Xəzər dənizindəki “Günəşli” yatağının 10 saylı stasionar dərin dəniz özülündə baş vermiş qəzada faciəli şəkildə dünyasını dəyişmiş şəxslərin xatirəsini yad etmək məqsədilə millimizin üzvləri meydançaya qara sarğı ilə çıxıblar.

Qeyd edək ki, futzalçılarımız növbəti oyununu dekabrın 11-də, Bakı vaxtı ilə saat 20:30-da Belarus yığmasına qarşı keçirəcək.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/sports/2468146.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR