Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Osloda Nobel Sülh mükafatının təqdim olunma mərasimi keçirilib

Osloda Nobel Sülh mükafatının təqdim olunma mərasimi keçirilib

Date: 10 December 2015 22:03


Stokholm, 10 dekabr, Rauf Əliyev, AZƏRTAC
Norveçin paytaxtı Oslo Şəhər Ratuşasında keçirilən mərasimdə bu ilki Nobel Sülh mükafatı laureatı olan “Tunis milli dialoq Kvarteti” təşkilatının fəallarına bu ölkənin Kralı V Haraldın iştirakı ilə üzərində Nobelin təsvir edildiyi qızıl medal, diplom və pul mükafatları təqdim olunub.
Tədbirdə Norveç Kral ailəsi, ölkənin Baş naziri, hökumət üzvləri də iştirak ediblər.
Mərasimdə çıxış edən Norveçin Nobel Komitəsinin rəhbəri Kaci Kullmann Five deyib: “Builki təltif hazırda mövcud olan müharibə və qarşıdurma şəraitində əsl sülh mükafatını təcəssüm edir. Biz təlatümlü dövrdə yaşayırıq, Şimali Afrika, Yaxın Şərq və Avropada milyonlarla insan müharibədən əziyyət çəkir, terrordan və zülmdən qaçmağa məcburdur. Əgər hər bir ölkə Tunisdə dialoqa, tolerantlığa, demokratiyaya və bərabər hüquqlara zəmin yaratsaydı daha az insan qaçmağa məcbur olardı”.
Qeyd edək ki, “Kvartet” bu mükafata 2011-ci ildə Tunisdə baş verən inqilabdan sonra ölkədə milli dialoqun və plüralist demokratiyanın yaradılmasına töhfəsinə görə layiq görülüb.
“Kvartet”ə Tunis vətəndaş cəmiyyətinin dörd mühüm təşkilatı daxildir. Tunis vətəndaşları, siyasi partiyaları və hakimiyyət orqanları arasında dialoq məhz bu təşkilat sayəsində mümkün olub. Təşkilat 2013-cü ildə yaradılıb və geniş əhatəli milli dialoq sayəsində Tunisdə zorakılıq dalğasını dayandıra bilib.
Mükafatlandırma mərasimindən sonra qonaqlar üçün rəsmi bayram ziyafəti təşkil olunub.
Rauf Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm


Tags:  Osloda Nobel Sülh mükafatının təqdim olunma mərasimi keçirilib


RƏYLƏR


Top news