Azərbaycan İsveçi darmadağın etdi

Azərbaycan İsveçi darmadağın etdi
22:05 10 Dekabr 2015
43 İdman
Ölkə mətbuatı
A- A+

Bu gün futzal üzrə dünya çempionatının seçmə mərhələsinin Avropa zonasında mübarizəyə start verilib.

Milli.Az apasport.az-a istinadən bildirir ki, Azərbaycan millisi də  ilk turun oyununa çıxıb.

Xorvatiyada mübarizə aparan II qrupda qüvvəsini sınayn yığmamız bu gün Osiyekdə  İsveçlə qarşılaşıb.  

Təsnifat mərhələsindəki qələbə sayəsində bu raunda yüksələn skandinaviyalıların Faustino Peresin yetirmələrinə ciddi müqavimət göstərəcəyi inandırıcı görünmürdü. Bu üzdən komandamızdan asan qələbə gözlənilirdi. Hər şey elə gözlənildiyi kimi də bitib. Millimiz İsveçin qapısından düz 8 qol keçirdi. Əvəzində isə 2 qol buraxdı.

Bununla da futzalçılarımız mübarizəyə darmadağınla start verib.

Qeyd edək ki, qrupumuzun digər oyununda Xorvatiya ilə Bosniya və Herseqovina qarşılaşacaq.

DÇ-2016-nın seçmə mərhələsi

Avropa zonası, II qrup

I tur, 10 dekabr

Azərbaycan - İsveç - 8:2

Qollar: Vitali Borisov, 3, 15, Avqusto Sezar da Silva, 10, Amadeo, 10, Finye, 20, Eduardo, 24, 25, 36 - Kristian Legieç, 23, Matias, 32

Hakimlər: Qabor Kovaç (Macarıstan), Trayan Ençev (Bolqarıstan)

Osiyek (Xorvatiya). "Dvoryana Qradska" idman kompleksi

1.

Azərbaycan

1

1

0

0

8:2

3

2.

Belarus

0

0

0

0

0:0

0

3.

Xorvatiya

0

0

0

0

0:0

0

4.

İsveç

1

0

0

1

2:8

0

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/389348.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR