Ümummilli lider Heydər Əliyevin anım günü münasibətilə Yeni Azərbaycan Partiyasının Gənclər Birliyi tədbir keçirib

Ümummilli lider Heydər Əliyevin anım günü münasibətilə Yeni Azərbaycan Partiyasının Gənclər Birliyi tədbir keçirib
22:18 10 Dekabr 2015
61 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 10 dekabr, AZƏRTAC
Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin (YAP GB) təşkilatçılığı ilə xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunan anım tədbiri keçirilib.
Gənclər Birliyindən AZƏRTAC-a bildiriblər ki, tədbir YAP Nərimanov rayon təşkilatının binasında keçirilib.
Anım tədbirində partiyanın idarə heyətinin üzvü Kərim Kərimov, YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev, YAP GB-nin sədr müavinləri – ofis rəhbəri Əli Pənahov, partiyanın Siyasi Şurasının üzvü Samirə Quliyeva, YAP Nərimanov rayon təşkilatı gənclər birliyinin sədri Yusif Babanlı, Nərimanov rayon gənclər və idman idarəsinin rəisi Nəcəf Novruzov çıxış ediblər.
Çıxışlarda ulu öndər Heydər Əliyevin hakimiyyətdə olduğu bütün dövrlərdə Azərbaycan dövlətçiliyinin qorunmasında, möhkəmləndirilməsində və inkişafında misilsiz xidmətləri xüsusi vurğulanıb. Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu olan dahi şəxsiyyət Heydər Əliyevin adının ölkəmizin tarixinə əbədi həkk edildiyi, Ümummilli Liderin xatirəsinin xalqımız tərəfindən həmişə dərin ehtiramla yad olunduğu diqqətə çatdırılıb.
Sonra müzakirələr aparılıb.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Umummilli_lider_Heyder_Aliyevin_anim_gunu_munasibetile_Yeni_Azerbaycan_Partiyasinin_Gencler_Birliyi_tedbir_kechirib-910212

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR