Buxarestdə ümummilli lider Heydər Əliyevin xatirəsi yad edilib

22:33 10 Dekabr 2015
15 Digər
Ölkə mətbuatı
A- A+


Buxarest, 10 dekabr, AZƏRTAC 
Dekabrın 10-da Rumıniyanın paytaxtı Buxarestdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə anım tədbiri keçirilib.
Şəhərin mərkəzindəki Heydər Əliyev xiyabanında keçirilən mərasimdə Azərbaycanın və Türkiyənin bu ölkədəki səfirliklərinin, Dövlət Neft Şirkətinin Rumıniya nümayəndəliyinin, Beynəlxalq Qara Dəniz və Xəzər Dənizi Əməkdaşlıq və Tərəfdaşlıq Fondunun, Türk İş Adamları Dərnəyinin (TİAD), Türk İşbirliyi və Koordinasiya Agentliyinin (TİKA) əməkdaşları, Rumıniya-Azərbaycan Dostluq Cəmiyyətinin, Rumıniya-Azərbaycan ikitərəfli Sənaye və Ticarət Palatasının, Azərbaycan-Rumıniya Mədəniyyət və Gənclər Assosiasiyasının üzvləri, burada yaşayan və təhsil alan azərbaycanlılar, KİV nümayəndələri iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları Ulu Öndərin abidəsi önünə əklillər və gül dəstələri qoyublar.
Mərasimdə çıxış edən Azərbaycanın Rumıniyadakı səfirliyinin əməkdaşı Vüqar Hüseynli dövlətçiliyimizin möhkəmləndirilməsində, ölkəmizdə sabitliyin bərqərar edilməsində, bütün sahələrdə inkişafın təmin olunmasında, demokratik, hüquqi dövlətin və vətəndaş cəmiyyəti quruculuğunda ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətlərindən danışıb. Natiq bildirib ki, respublikamızın beynəlxalq əlaqələrinin inkişafını və dünyada mövqelərinin möhkəmlənməsini təmin edən Heydər Əliyevin uğurlu siyasi kursu bu gün onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirilir.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Buxarest

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Buxarestde_umummilli_lider_Heyder_Aliyevin_xatiresi_yad_edilib-910215

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR