Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Qırğızıstan parlamenti deputatlarının bir sıra imtiyazları ləğv edilib

Qırğızıstan parlamenti deputatlarının bir sıra imtiyazları ləğv edilib

Tarix: 10 Dekabr 2015 22:38



Bişkek, 10 dekabr, AZƏRTAC
Qırğızıstan parlamentinin - Joqorku Keneşin dekabrın 10-da keçirilən iclasında deputatlara məxsus bir sıra imtiyazlar ləğv edilib.
Parlamentdəki koalisiya çoxluğunun lideri Çınıbay Tursunbekov bildirib ki, hökumətdə və dövlətin digər strukturlarında aparılan islahatların parlamentdə də həyata keçirilməsi vacibdir.
Sonra keçirilən səsvermə nəticəsində deputatlar xidməti avtomobillərdən istifadədən imtina ediblər. Xidməti avtomobillər üçün nəzərdə tutulan dövlət nömrə nişanları deputatların şəxsi avtomobillərinə vurulacaq.
İndiyədək hər deputatın bir köməkçisi və bir məsləhətçisi var idi. Lakin yeni qərarla 120 deputatın hər birinin köməkçi ştatı ləğv olunub.

Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Bişkek

Teqlər:  Qırğızıstan parlamenti deputatlarının sıra imtiyazları ləğv edilib



RƏYLƏR


Top xəbərlər