Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azərbaycanlı jurnalistlər NATO-nun mənzil qərargahında (FOTO)

Azərbaycanlı jurnalistlər NATO-nun mənzil qərargahında (FOTO)

Date: 10 December 2015 22:43

Bakı. Trend:

Brüsseldə səfərdə olan azərbaycanlı jurnalistlər Azərbaycanın NATO-dakı daimi nümayəndəliyinin rəhbəri Xəzər İbrahimlə görüşüblər.

Trend xəbər verir ki, media nümayəndələrinin NATO-dakı bir sıra strukturların ekspertləri ilə görüşləri təşkil olunub. Bu görüşlərdə jurnalistlər Azərbaycanla NATO arasındakı əməkdaşlıq, həyata keçirilən layihələr, Azərbaycan hərbçilərinin NATO proqramları çərçivəsində iştirakları ilə bağlı məsələlər müzakirə olunub, jurnalistlərin sualları cavablandırılıb.

Bundan sonra Xəzər İbrahim jurnalistlərlə görüşüb, onlara geniş müsahibə verib. Səfirlə geniş müsahibə jurnalistlərin səfəri başa çatdıqdan sonra işıqlandırılacaq.

Qeyd edək ki, Azərbaycan siyasi yazarlarının səfəri “Azersun Holding” tərəfindən dəstəklənir.

Bizi Twitter-dən izləyin: @trend_az


Tags:  Azərbaycanlı jurnalistlər NATO-nun mənzil qərargahında FOTO


RƏYLƏR


Top news