Əsgər valideynləri Ermənistandan getmək istəyir

Əsgər valideynləri Ermənistandan getmək istəyir
23:17 10 Dekabr 2015
30 Digər
Ölkə mətbuatı
A- A+

Həlak olan erməni əsgərlərinin valideynləri Böyük Britaniyadan sığınacaq istəyiblər.

Milli.Az anspress-ə istinadən bildirir ki, bu gün günorta saatlarında Ermənistan polisi həyatını itirmiş erməni əsgərlərinin valideynlərinin prezident iqamətgahının qapısına yaxınlaşmasına qəti şəkildə qadağa qoyub. Artıq ikinci həftədir ki, asayiş keşikçiləri prezidentin ofisinin qarşısından keçməyi də ölmüş əsgərlərin valideynlərinə qadağan ediblər və bunu prezidentin iqamətgahına nümayəndə heyətinin gəlməsi ilə izah ediblər.

2010-c ildə ölmüş Artur Qazaryanın anası İrina Qazaryanı isə polislər Baqramyan prospektində itələyə-itələyə geri qaytarıblar.

Polisi keçə bilməyən valideynlər yaxınlıqda yerləşən Böyük Britaniya səfirliyinə gediblər. 2010-cu ildə ölmüş Amea Muradyanın anası Valeriya Muradyan səfirliyin əməkdaşına bildirib ki, onlar İngiltərədən sığınacaq almaq istəyirlər. Valideynlər səfirin müavini ilə görüşlərində ona bildiriblər ki, hakimiyyətin öldürülən hərbçilərin məhəl qoymaması onları belə bir yola əl atmağa vadar edib.
"İstəyirik ki, bizi eşitsinlər", - deyə 2007-ci ildə dünyasını dəyişmiş Tiqran Oqandcanyanın anası Gohar Sarkisyan bildirib. Səfirin müavini isə onlardan yazılı tələbnamə təqdim etmələrini istəyib və vəd edib ki, bəyanat cavabsız qalmayacaq. Bununla belə, o qeyd edib ki, onlar qəti heç nə edə bilməzlər.

Valideynlər eyni tələblə Avropa İttifaqı nümayəndə heyətinin ofisinə müraciət ediblər. Həmin qurum davalideynlərdən yazılı müraciətlər gözləyir.

Ölmüş əsgərlərin valideynləri bildiriblər ki, onlar bir müddət sonra başqa ölkələrin səfirliklərinə də müraciət edəcəklər.
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/389360.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR