ABŞ: "İŞİD qanunsuz soyğun və neft ticarəti hesabına 1.5 milyard dollar gəlir əldə edib"

ABŞ: "İŞİD qanunsuz soyğun və neft ticarəti hesabına 1.5 milyard dollar gəlir əldə edib"
23:22 10 Dekabr 2015
32 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 10 dekabr. REPORT.AZ/ Terrorçu İŞİD qruplaşması qanunsuz soyğun və neft ticarətindən 1.5 milyard dollar gəlir əldə edib. "Report"un RİA "Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Londonda çıxış edən ABŞ Maliyyə Nazirliyinin nümayəndəsi Adam Şubin bildirib.
Onun sözlərinə görə, terrorçular Suriya ve İraqda bir bankın xəzinəsini ələ keçirərək 1 milyard dollar vəsaiti mənimsəyiblər. Daha 500 milyon dollar isə qanunsuz neft ticarəti hesabına formalaşıb.

Xəbərin orijinal ünvanı: http://report.az/diger-olkeler/abs-i-si-d-qanunsuz-soygun-ve-neft-ticaretinden-1-5-milyard-dollar-gelir-elde-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR