Avropadan Azərbaycanın xeyrinə qərar

Avropadan Azərbaycanın xeyrinə qərar
23:47 10 Dekabr 2015
20 Digər
Ölkə mətbuatı
A- A+

Yunanıstan və Bolqarıstan Azərbaycanın xeyrinə əhəmiyyətli qərarı qəbul edib. 

Milli.Az anspress-ə istinadən bildirir ki, Bolqarıstan və Yunanıstan IGB qaz kəmərinin tikintisi üzrə razılaşmanı imzalayıb.

Tərəflər Yunanıstan-Bolqarıstan (IGB) interkonnektora tikinti layihəsi üzrə son investisiya qərarının qəbulu haqqında razılaşmanı bu gün imzalayıb. IGB kəməri Bolqarıstana Azərbaycan qazını almağa imkan yaradacaq. Bu, "Şahdəniz" qaz-kondensat yatağının ikinci mərhələsindən çıxardılmış qaz olacaq. TAP-ın əsas rəqibi "Nabukko" qaz kəməri idi. Lakin 2013-cü il iyunun 28-də bu layhənin bağlandığı elan edilmişdi. Bundan sonra prioritet qaz kəmərinin TAP olduğu bildirilmişdi.

Gözlənildiyi kimi, IGB Trans-Adriatik Təbii Qaz Boru Xətti layihəsinə (TAP) qoşulacaq. Bu qaz göstərilən yataqdan Avropa bazarlarına gətiriləcək. Qaz kəmərinin ilkin nəql qabiliyyəti üç milyard kub metr təşkil edəcək. Qaz kəmərinin tikintisinə 2016-cı ilin oktyabrında başlanacaq. Layihədə bir sıra beynəlxalq şirkətlər tərəfdaşlıq edir. Onlar içərisində SOCAR, BP, "Statoil" kimi neft şirkətləri də var. Qaz borusunun gücünün illik 10 milyard kub metr olacağı gözlənilsə də, bu rəqəmin 20 milyard kubmetrə qədər arta biləcəyi nəzərdə tutulur.

Trans Adriatik Boru Xətti (Trans Adriatic Pipeline - TAP) vasitəsilə təbii qaz Xəzərin Azərbaycan sektorundan keçməklə Yunanıstandan Albaniya və Adriatik dənizindən keçərək İtaliyaya, daha sonra qərbi Avropaya nəql ediləcək. Ümumi uzunluğu 870 km olan xəttin tikintisinə bu il başlanılıb. Tikinti işlərinin 2018-ci ilədək yekunlaşacağı gözlənilir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/389365.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR