Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

İsveçrə polisi Cenevrə regionunda terrorçuların olduğunu ehtimal edir

İsveçrə polisi Cenevrə regionunda terrorçuların olduğunu ehtimal edir

Date: 10 December 2015 23:52

Bakı. 10 dekabr. REPORT.AZ/ Cenevrə polisi terror əməllərində şübhəli bilinən bir neçə nəfərin axtarışı ilə bağlı şəhərdə və ətraf regionda təhlükəsizlik tədbirlərini gücləndirib.
İsveçrə Teleradiosunun (SRF) verdiyi məlumata əsasən, şəhərdə ən yüksək təhlükəsizlik tədbirləri elan edilib, Federal Prokurorluq hadisə ilə bağlı cinayət işi açıb.
Bu addımların atılmasına səbəb noyabrın 13-də Parisdə törədilmiş terror aktları ilə bağlı axtarışa verilmiş bir neçə şəxsin Cenevrə kantonu ərazisində olması ehtimalıdır.
Cenevrə Təhlükəsizlik Departamentinin mətbuat nümayəndəsi Emmanuelle Lo Verso bildirib ki, təsvirlər əsasında bir neçə terrorçunun İsveçrə ərazisində olması güman edilir.
Yerli qəzetlərin hüquq mühafizə orqanlarına istinadla yaydıqları xəbərlərə görə, Cenevrə aeroportunda və BMT-nin Cenevrə bölməsində, xüsusilə də sərhəd-keçid məntəqələrində təhlükəsizlik tədbirləri gücləndirilib. Sərhəd xidməti əməliyyat şəraitinə xələl gətirməmək üçün konkret məlumatların verilməsindən imtina edib.

Tags:  İsveçrə polisi Cenevrə regionunda terrorçuların olduğunu ehtimal edir

RƏYLƏR


Top news