Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

İmam Zaman ağa (ə.f) ruzisini haradan qazanır?

İmam Zaman ağa (ə.f) ruzisini haradan qazanır?

Date: 10 December 2015 23:52

Milli.Az deyerler.org-a istinadən bildirir ki, İmam Zaman ağanın (ə.f) qeybi zamanında ruzi qazanması iki cür həyata keçə bilər.

Biri budur ki, Həzrətin (ə.f) qeybi möcüzə olduğu kimi, ruzisi, qaldığı yer də möcüzə şəklində ona verilər. Yəni, nə zaman Həzrətin (ə.f) bir şeyə ehtiyacı olsa, Allah Təala bunu qeyb aləmindən nazil edər. Bu cür nümunələrə həm tarixdə və həm də Quranda rast gəlmişik. Həzrət Məryəmin (s.ə) İlahi süfrədən bəhrələnməyi kimi. "Zəkəriyyə hər dəfə mehraba onun yanına daxil olanda, onun yanında (başqa mövsümlərə aid) ruzi görürdi. (Bir gün) dedi: "Ey Məryəm, sənə bu ruzi haradandır?". Dedi: "O, Allah tərəfindəndir, çünki Allah istədiyinə hesabsız ruzi verir"". ("Ali-İmran" 37). Bəni-İsrayil üçün nazil olan yeməklər kimi.
İkinci variant budur ki, Həzrət (ə.f) öz ruzisini başqa insanlar kimi qazanır. İqtisadi sahədə səy göstərir və ruzisini qazanır. Bu variant da mümkündür. Belə ki, hədislərdə oxuyuruq ki, İmam Zaman (ə.f) sizin aranızdadır, sizin evlərinizə qonaq gəlir və xalçalarınızın üstünə qədəmlərini basır.
Qeybdə olan tək insan İmam Zaman (ə.f) deyildir. Belə ki, hədislərimiz buyurur ki, Həzrət Xızr (ə), Həzrət İsa (ə) da sağdırlar və qeybə çəkiliblər. Onlar insanların hidayət olması üçün səy göstərirlər.
Beləliklə deyə bilərik ki, İmam Zaman ağanın (ə.f) ruzisi həm Allah tərəfindən nazil ola bilər, həm də başqa insanlar kimi adi yolla səy göstərərək ruzi qazana bilər. Hər iki variant da mümkündür. 
Milli.Az


Tags:  İmam Zaman ağa əf ruzisini haradan qazanır


RƏYLƏR


Top news