Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

UEFA Avropa Liqası: “Anderlext”-“Qarabağ” matçı start götürüb

UEFA Avropa Liqası: “Anderlext”-“Qarabağ” matçı start götürüb

Apreldə 17 möhtəşəm matç (24 Mart 2017 10:23)
Apreldə 17 möhtəşəm matç (24 Mart 2017 09:17)
"Qəbələ" nümayəndələri UEFA forumunda (22 Mart 2017 10:27)

Tarix: 11 Dekabr 2015 00:08


Bakı, 11 dekabr, AZƏRTAC
Dekabrın 11-də futbol üzrə UEFA Avropa Liqasında qrup mərhələsinin sonuncu – altıncı turunda Azərbaycan çempionu “Qarabağ” səfərdə Belçikanın “Anderlext” klubu ilə qarşılaşır.
AZƏRTAC xəbər verir ki, Brüsseldə “Konstant Vanden Stok” stadionunda keçirilən oyunda “Anderlext”in heyətində meydana Silvio Proto, Olivie Deşaxt, Fabris Nsakala, Mboci Kara, Endi Najar, Denis Praet, Culiam Jile, Yuri Tilemans, Matias Suares, İmo Ezekiel və Stefano Okaka çıxıblar.
“Qarabağ”ın star heyətində isə İbrahim Şehiç, Maksim Medvedev, Rəşad Sadıqov, İlqar Qurbanov, Bədavi Hüseynov, Qara Qarayev, Dani Kintana, Riçard Almeyda, Əfran İsmayılov, Çumbinyo və Samuel Armenteros yer alıblar.
Matçı sloveniyalı Slavko Vinçiç idarə edir.
Qrupun digər qarşılaşmasında Londonda “Tottenhem” Fransanın “Monako” klubunu qəbul edir.

Teqlər:  UEFA Avropa Liqası Anderlext-Qarabağ matçı start götürüb



RƏYLƏR


Top xəbərlər