UEFA Avropa Liqası: “Anderlext”-“Qarabağ” matçı start götürüb

UEFA Avropa Liqası: “Anderlext”-“Qarabağ” matçı start götürüb
00:12 11 Dekabr 2015
37 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 11 dekabr. REPORT.AZ/ Futbol üzrə UEFA Avropa Liqasında qrup mərhələsinin sonuncu – altıncı turunda Azərbaycan çempionu “Qarabağ” səfərdə Belçikanın “Anderlext” klubu ilə qarşılaşır.
Brüsseldə “Konstant Vanden Stok” stadionunda keçirilən oyunda “Anderlext”in heyətində meydana Silvio Proto, Olivie Deşaxt, Fabris Nsakala, Mboci Kara, Endi Najar, Denis Praet, Culiam Jile, Yuri Tilemans, Matias Suares, İmo Ezekiel və Stefano Okaka çıxıblar.
“Qarabağ”ın star heyətində isə İbrahim Şehiç, Maksim Medvedev, Rəşad Sadıqov, İlqar Qurbanov, Bədavi Hüseynov, Qara Qarayev, Dani Kintana, Riçard Almeyda, Əfran İsmayılov, Çumbinyo və Samuel Armenteros yer alıblar.
Matçı sloveniyalı Slavko Vinçiç idarə edir.
Qrupun digər qarşılaşmasında Londonda “Tottenhem” Fransanın “Monako” klubunu qəbul edir.

Xəbərin orijinal ünvanı: http://report.az/futbol/uefa-avropa-liqasi-anderlext-qarabag-matci-start-goturub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR