Avroliqanı darmadağınla tərk edən "Qəbələ" (VİDEO, FOTO)

Avroliqanı darmadağınla tərk edən "Qəbələ" (VİDEO, FOTO)
00:36 11 Dekabr 2015
39 İdman
Ölkə mətbuatı
A- A+

Avropa Liqasının qrup mərhələsində Azərbaycanı turnirdə təmsil edən "Qəbələ" son matçına evdə çıxıb.

ANS PRESS-in məlumatına görə, Rusiyanın "Krasnodar" klubunu qəbul edən qəbələlilər doğma meydanda 0:3 məğlub olub.

Qonağların qollarına 26-cı dəqiqədə Raqnar Siqurdsson, 41-ci dəqiqədə Maurisio Pereyra və 75-ci dəqiqədə Vanderson imza atıb. Qrup mərhələsinİ qələbəsiz tərk edən "Qəbələ" sonuncu yeri tutub. PAOK səfərdə "Borussiya"nı (Dortmund) məğlub etdiyindən "Krasnodar" qrupu lider kimi başa vurub.

“Biz çox vacib qələbə qazandıq. Komandam yaxşı oyun sərgilədi. Sevinirik ki, qrupda birinciliyi ələ keçirdik”,- deyə oyundan sonra keçirilən mətbuat konfransında “Krasnodar”ın baş məşqçisi Oleq Kononov bildirib.


Oleq Kononov - “Krasnodar”ın baş məşqçisi

Avropa Liqası

Qrup mərhələsi
C qrupu, VI tur

10 dekabr
22.00 Qəbələ (Azərbaycan) - Krasnodar (Rusiya) 0:3
Qollar: Raqnar Siqurdsson, 26. Maurisio Pereyra, 41. Vanderson, 75.


Turnir cədvəli

Oyundan fotolar









Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=4&nid=366984

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR