"Krasnodor"ın baş məşqçisi: "Belə hesab gözləmirdim"

"Krasnodor"ın baş məşqçisi: "Belə hesab gözləmirdim"
00:52 11 Dekabr 2015
32 İdman
Ölkə mətbuatı
A- A+

"Krasnodor"ın baş məşqçisi Oleq Kononov "Qəbələ" ilə oyunla bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, rəqib çalışdırıcı 3:0 hesablı qələbə qazandıqları oyunla bağlı bunları deyib: 

"Vacib qələbə qazanaraq, qrupda ilk pilləyə yüksəldik. Bu münasibətlə futbolçularımı təbrik edirəm. Yaxşı oyun keçirdik və ədalətli olaraq qələbə qazandıq.

Bilirdik ki, rəqibin zəif cəhətləri var. Bunlardan biri də "Qəbələ"nin hücumdan müdafiəyə gec çəkilməyi idi. Bundan da yararlanmağı tapşırmışdım. Futbolçularım da verilən tapşırığı yerinə yetirdi.  

Oyundan əvvəl belə hesabla qələbə qazanacağımızı gözləmirdim. Kubanla Bakıdakı oyunu müqayisə etməyin mənası yoxdu. Çünki bu gün biz daha güclü idik. Qələbə qazanmaq üçün meydana çıxmışdıq. Rəqibin qapıçısına gəldikdə isə şərh verməkdə çətinlik çəkirəm. Ancaq Pereyranı tərifləyib, ona öz təşəkkürümü bildirə bilərəm". 

Fanat.az

Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotkrasnodorquotn-ba-mqcisi-quotbel-hesab-gozlmirdimquot-t46072.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR