Əhməd Davutoğlu Co Baydenlə Türkiyə-İraq münasibətlərini müzakirə edib

Əhməd Davutoğlu Co Baydenlə Türkiyə-İraq münasibətlərini müzakirə edib
01:12 11 Dekabr 2015
39 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 11 dekabr. REPORT.AZ/ Türkiyənin Baş naziri Əhməd Davutoğlu və Amerika Birləşmiş Ştatları vitse-prezidenti Co Bayden arasında telefon danışığı olub.
"Report"un "Hürriyet" qəzetinə istinadən verdiyi xəbərə görə, tərəflər terrorçu İŞİD qruplaşmasına qarşı mübarizə mövzusu ilə yanaşı Şimali İraqda baş verən prosesləri müzakirə ediblər. Son günlərdə İraq-Türkiyə münasibətlərində yaşanan gərginlik ətrafında ətraflı fikir mübadiləsi aparılıb.
Telefon danışığı ABŞ tərəfinin təklifi ilə baş tutub.

Xəbərin orijinal ünvanı: http://report.az/diger-olkeler/ehmed-davutoglu-ve-co-bayden-turkiye-i-raq-munasibetlerini-muzakire-edibler

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR