Mark qızına bu kitabı oxuyur

Mark qızına bu kitabı oxuyur
01:59 11 Dekabr 2015
28 Dünya
Ölkə mətbuatı
A- A+

“Facebook” yaradıcısı Mark Zukerberq yeni doğulan qızı Maksa kitab oxumağa başlayıb.
 
Axşam.az-ın məlumatına görə, Mark bu haqda şəxsi səhifəsində xəbər verib. O, qızı və həyat yoldaşı Prisçilla Çanla fotosunu paylaşaraq yazıb:
 
“Mənim “Kitablar ili” üçün növbəti kitabım “Quantum Physics for Babies”dir (“Uşaqlar üçün kvant fizikası”). Bu, xarici əlaqələr və bizim bütün dünyada dinc münasibətləri necə qura biləcəyimiz haqqındadır. Bu isə uşaqlarımız üçün arzuladığımız dünyanın yaradılmasından ötrü çox vacibdir. Mən özüm də bu günlərdə bununla bağlı fikirləşirəm. Maksa kitab oxumağı çox sevirəm. Növbəti il “Uşaq kitablarının ili” olacaq, deyəsən”.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/224754

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR