Cəbhə bölgəsində əhalinin problemlərinin həlli diqqət mərkəzindədir

Cəbhə bölgəsində əhalinin problemlərinin həlli diqqət mərkəzindədir
02:18 11 Dekabr 2015
32 Digər
Ölkə mətbuatı
A- A+


Tərtər, 11 dekabr, Tahir Ağaməmmədov, AZƏRTAC
Tərtər rayonunun cəbhə zonasında yerləşən kəndlərində əhalinin həyat şəraitinin yaxşılaşdırılması, sosial problemlərinin həlli məqsədilə ardıcıl tədbirlər həyata keçirilir. Rayonun digər cəbhəyanı kəndləri kimi Qapanlı kəndi də dövlətin hərtərəfli qayğısı ilə əhatə olunub.
Tərtər Rayon İcra Hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, kənddəki hər bir evə içməli su xətti çəkilib, suvarma suyuna olan tələbatın ödənilməsi üçün 6 ədəd subartezian quyusu qazılıb. Bütün mənzillər təbii qaz və elektrik enerjisi ilə təmin olunub. Hazırda “Azərişıq” ASC tərəfindən kəndin elektrik xətləri müasir SİP kabellərlə əvəzlənir. Kənddə 3 ədəd yeni transformatorun quraşdırılması da nəzərdə tutulub. Əhaliyə yüksək səviyyədə rabitə xidməti göstərmək üçün 128 nömrə tutumlu Elektron Avtomat Telefon Stansiyası tikilib, mənzillərə telefon xətləri çəkilib və internetlə təmin olunub.
Kənddə 240 şagird yerlik orta məktəb binası inşa olunub, müharibə zamanı dağıdılmış 24 ev yenidən tikilib, 42 ev isə bərpa edilib. Kəndarası yolda işıqlandırma sistemi quraşdırılıb. Əhalinin rahat yaşaması, gündəlik məişət, eləcə də təsərrüfat işləri ilə təhlükəsiz məşğul olması üçün kəndin ətrafına istinad divarı çəkilib. Əhaliyə tibbi xidmət göstərmək üçün bir ədəd təcili tibbi yardım maşını ayrılıb. Yeni inşa edilən tibb məntəqəsi isə yaxın günlərdə əhalinin istifadəsinə veriləcək.
Əhalinin kəndə gediş-gəlişini yaxşılaşdırmaq məqsədilə əsas yolun bir hissəsinə asfalt örtüyü döşənib. Yolun çəkilişinin başa çatdırılması üçün işlər davam etdirilir.
Ermənistan hərbi birləşmələri tərəfindən atəşkəs rejiminin tez-tez pozulmasına baxmayaraq kənddə vəziyyət sabitdir, həyat öz axarı ilə davam edir. Sakinlər Azərbaycan ordusuna güvənərək gündəlik məişət və təsərrüfat işləri ilə məşğul olurlar.




Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Cebhe_bolgesinde_ehalinin_problemlerinin_helli_diqqet_merkezindedir-910228

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR