Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Məşhur müğənni qalmaqallı videosuna görə saytı məhkəməyə verir (VİDEO)

Məşhur müğənni qalmaqallı videosuna görə saytı məhkəməyə verir (VİDEO)

Date: 11 December 2015 02:21

Amerikalı aktyor və müğənni Cared Leto dünyanın məşhur saytı TMZ və “Warner Bros. Entertainment” şirkətini məhkəməyə verib.

ANS PRESS-in məlumatına görə, aktyor məşhur saytı onun qalmaqallı videosunu yaydıqları üçün məhkəməyə verir.

Leto saytı ittiham edərək bildirib ki, video onun evindən oğurlanıb və TMZ-ın heç bir ixtiyarı olmadan, şəxsi videonu razılıq əldə etmədən yayımlayıb.

Qalmaqallı videoda aktyor mahnı dinləyərək məşhur müğənni Teylor Svifti təhqir edib.

O, ifaçının “Blank space” adlı mahnısını ancaq “Starbucks”-da kofe içənlər bəyənə bilər" deyib.


Cared Letonun qalmaqallı videosu

Video dərhal internetdə yayılıb, Teylor Sviftin fanatları Cared Letoya qarşı od puskürüblər.

Aktyor “Twitter” səhifəsindən Teylor Sviftdən və onun heyranlarından üzr istəyib.

“Əslində mən hesab edirəm ki, Teylor Svift möhtəşəm ifaçıdır. O, hər bir insan üçün nümunəvi ola bilər. Əgər mənim sözlərim Teyloru və onun heyranlarının xətrinə dəyibsə, üzr istəyirəm”


Teylor Svift - "Blank Space"

Cared Leto "Marsa 30 saniyə" ("Thirty Seconds to Mars") qrupunun üzvüdür. Qardaşı Şennon Leto ilə qrupun yaradıçısı hesab olunur. Rok ifaçısı kimi də tanınan Cared "Oskar" və "Qızıl Qlobus" mükafatlarını qazanıb.

Teylor Sviftin "Blank Space" mahnısı 2015-ci ilin ən yaxşı mahnısı seçilib.


Teylor Svift - müğənni

Tags:  Məşhur müğənni qalmaqallı videosuna saytı məhkəməyə verir VİDEO

RƏYLƏR


Top news