Avroliqa: 1/16 finalın bütün iştirakçıları

Avroliqa: 1/16 finalın bütün iştirakçıları
02:32 11 Dekabr 2015
38 İdman
Ölkə mətbuatı
A- A+

Avropa Liqasının qrup mərhələsinə yekun vurulub. Fanat.az хəbər verir ki, bu gecə keçirilən qrup mərhələsinin oyunlarından sonra 1/16 finalın bütün iştirakçıları müəyyənləşib.


12 qrupda ilk iki pilləni tutan 24 komanda yoluna davam edib. Həmçinin Çempionlar Liqasında isə qrup 3-cüsü olmuş 8 komanda da onlara qoşulub.


Avropa Liqasında yoluna davam edənlər: "Molde" (Norveç), "Fənərbaxça" (Türkiyə), "Liverpul" (İngiltərə), "Sion" (İsveçrə), "Krasnodar" (Rusiya), "Borussiya" (Dortmund, Almaniya), "Napoli" (İtaliya), "Midilyand" (Danimarka), "Rapid" (Avstriya), "Vilyarreal" (İspaniya), "Braqa" (Portuqaliya), "Olimpik" (Marsel, Fransa), "Latsio" (İtaliya), "Sent Etyenn" (Fransa), "Lokomotiv" (Moskva, Rusiya), "Sportinq" (Portuqaliya), "Bazel" (İsveçrə), "Fiorentina" (İtaliya), "Tottenhem" (İngiltərə), "Anderlext" (Belçika), "Şalke 04" (Almaniya), "Sparta" (Çexiya), "Atletik" (İspaniya), "Auqsburq" (Almaniya).


Çempionlar Liqasından gələnlər: "Şaхtyor" (Ukrayna), "Mançester Yunayted" (İngiltərə), "Qalatasaray" (Türkiyə), "Sevilya" (İspaniya), "Bayer" (Almaniya), "Olimpiakos" (Yunanıstan), "Portu" (Portuqaliya), "Valensiya" (İspaniya).


Fanat.az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-avroliqa-116-finaln-butun-itirakclar-t46074.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR