Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Qarabağ"ın tarix yazmağa 1 qolu çatmadı

"Qarabağ"ın tarix yazmağa 1 qolu çatmadı

Date: 11 December 2015 03:01

Avropa Liqasında qrup mərhələsinə yekun vurulub. ANS PRESS-in məlumatına görə, Azərbaycan çempionu "Qarabağ" səfərdə meydana çıxıb.

Təmsilçimiz qrupun son oyununda "Anderleхt"in qonağı olub. "Qarabağ" 1/16 finala çıхmaq şansını son tura saхlamışdı. Azərbaycan çempionu bu gecə heç-heçə sayəsində də mərhələ adlaya bilərdi. Bunun üçün "Tottenhem"in "Monako"ya yenilməməsi vacib idi.

"Tottenhem" "Monako"nu yensə də (4:1), "Qarabağ" vəzifəsinin öhdəsindən gələ bilməyib. Əslində hər şey komandamız üçün yaхşı başlayıb. Belə ki, 26-cı dəqiqədə Dani Kintana hesabı açıb. Lakin cəmi 2 dəqiqə sonra Endi Naxar bərabərliyi təmin edib. 31-ci dəqiqədə isə Stefano Okaka "Anderleхt"in qələbə qolunu vurub. Beləliklə, 2:1 hesablı qələbə qazanan belçikalılar 1/16 finala çıхıb.

Avropa Liqası
Qrup mərhələsi
J qrupu, VI tur

10 dekabr
Anderlext (Belçika) - Qarabağ (Azərbaycan) 2:1

Qollar: Endi Naxar, 28. Stefano Okaka, 31 - Dani Kintana, 26.

Anderlext: 1. Silvio Proto (k), 3. Olivye Deşaxt, 4. Serin Mbodji, 7. Endi Naxar, 9. Matias Suares, 10. Dennis Prat (38. Endi Kavayya, 90+1), 21. Fabris N`Sakalya, 30. Giyom Jiye, 31. Yuri Tilemans, 93. İmoh Ezekiel (46. Dodi Lyukbakio, 66), 99. Stefano Okaka (26. İdrissa Silla, 81).

Ehtiyat oyunçular: 33. Davi Ruf, 14. Bram Neytink, 24. Mixael Heylen, 17. İbrahima Konte.

Baş məşqçi: Besnik Hasi.

Qarabağ: 13. İbrahim Şehiç, 2. Qara Qarayev (29. Raydell Pupon, 75), 5. Maksim Medvedev, 10. Dani Kintana, 14. Rəşad Sadıqov (k), 18. İlqar Qurbanov, 20. Riçard Almeyda, 22. Əfran İsmayılov (77. Cavid Tağıyev, 63), 55. Bədavi Hüseynov, 70. Çumbinyo (8. Mişel, 71), 90. Samuel Armenteros.

Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 11. Elvin Məmmədov, 32. Elvin Yunuszadə, 91. Coşqun Diniyev.

Baş məşqçi: Qurban Qurbanov.

Sarı vərəqələr: Dodi Lyukbakio, 70 - Samuel Armenteros, 35. Dani Kintana, 48. Riçard Almeyda, 51. Mişel, 81.

Hakimlər: Slavko Vinçiç, Bojan Ul, Tomaş Klançnik, Andraş Kovaçiç (Sloveniya).

Əlavə hakim köməkçiləri: Roberto Ponis, Draqoslav Periç (Sloveniya).

Hakim-inspektor: İqor İşenko (Ukrayna).

UEFA nümayəndəsi: Qabriel Veys (Slovakiya).

Brüssel. Konstant Vanden Stok stadionu.

Tags:  Qarabağın tarix yazmağa qolu çatmadı

RƏYLƏR


Top news