Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Avropa Liqasının 1/16 final mərhələsinin püşkatması üçün komandaların bölgüsü açıqlanıb

Avropa Liqasının 1/16 final mərhələsinin püşkatması üçün komandaların bölgüsü açıqlanıb

Date: 11 December 2015 03:02

Futbol üzrə Avropa Liqasında 1/16 final mərhələsinə vəsiqə qazanan bütün komandalar müəyyənləşib. "Report"un məlumatına görə, 32 komandadan 24-ü Avroliqanın qrup mərhələsində ilk 2 yeri tutanlar olub.
Daha 8 klub isə Çempionlar Liqasında öz qruplarını 3-cü yerdə başa vurub.
Artıq dekabrın 14-də keçiriləcək püşkatma mərasimi üçün səbətlərin tərkibi də müəyyənləşib:
Səpələnmişlər: "Bayer (Almaniya), "Mançester Yunayted" (İngiltərə), "Olimpiakos" (Yunanıstan), "Portu" (Portuqaliya), "Atletik" (İspaniya), "Bazel" (İsveçrə), "Braqa" (Portuqaliya), "Krasnodar" (Rusiya), "Latsio" (İtaliya), "Liverpul" (İngiltərə), "Lokomotiv" (Rusiya), "Mölde" (Norveç), "Napoli" (İtaliya), "Rapid" (Vyana, Avstriya), "Tottenhem" (İngiltərə), "Şalke" (Almaniya)
Səpələnməmişlər: "Valensiya" (İspaniya), "Qalatasaray" (Türkiyə), "Sevilya" (İspaniya), "Şaxtyor" (Ukrayna), "Anderlext" (Belçika), "Auqsburq" (Almaniya), "Borussiya" (Dortmund, Almaniya), "Vilyarreal" (İspaniya), "Marsel" (Fransa), "Midtyullann" (Danimarka), "Sent-Etyen" (Fransa), "Sparta" (Praqa, Çexiya), "Sportinq" (Portuqaliya), "Syon" (İsveçrə), "Fənərbağça" (Türkiyə), "Fiorentina" (İtaliya)
Qeyd edək ki, püşkatma mərasimi Bakı vaxtı ilə saat 16:00-da başlanacaq. 
Püşk nəticəsində 16 cütlük formalaşacaq. UEFA qaydalarına əsasən, eyni ölkənin 2 təmsilçisi və qrupda birgə çıxış etmiş komandalar 1/16 finalda bir-birinə rəqib ola bilməz. Eyni zamanda, UEFA İcraiyyə Komitəsinin qərarına əsasən, Rusiya və Ukrayna komandaları bir-birinə rəqib ola bilməyəcək.
1/16 final mərasiminin oyunları 2016-cı il fevralın 18-də və 25-də baş tutacaq. 

Tags:  Avropa Liqasının 116 final mərhələsinin püşkatması komandaların bölgüsü açıqlanıb


RƏYLƏR


Top news