Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Fransada erməni separatçıları ilə əməkdaşlığın ləğvi istiqamətində iş aparılır

Fransada erməni separatçıları ilə əməkdaşlığın ləğvi istiqamətində iş aparılır

Date: 11 December 2015 03:33

Bakı. 11 dekabr. REPORT.AZ/ Azərbaycanın Fransadakı səfirliyi Ermənistan tərəfindən işğal edilmiş ərazilərimizdə yaradılmış qondarma rejimin Fransanın bəzi vilayətləri və şəhərləri ilə imzaladığı qeyri-qanuni dostluq və əməkdaşlıq xartiyalarının ləğvi istiqamətində səylərini davam etdirir.
Səfirlik bu məsələnin hüquqi yolla həll edilməsi məqsədilə müvafiq sahədə ixtisaslaşmış vəkillər vasitəsilə Azərbaycanın işğal altında olan şəhərləri ilə qeyri-qanuni sənədlər imzalamış Fransa şəhərlərinin yerləşdiyi vilayətlərdə mərkəzi hökuməti təmsil edən prefektlərə sorğular göndərib. Fransız qanunvericiliyinə əsaslanan həmin sorğularda imzalanmış qeyri-qanuni sənədlərin ləğv edilməsi məqsədilə onların inzibati məhkəməyə təqdim edilməsi istənilib.
Azərbaycanın işğal altında olan Xankəndi şəhəri ilə qeyri-qanuni sənəd imzalamış Valans şəhərinin yerləşdiyi Drom vilayətinin prefekti Didye Loqa Azərbaycan səfirliyinin vəkilinin müraciətini cavablandıraraq, imzalanmış hər hansı bir sənədin Fransanın “Yerli özünüidarəetmə orqanları haqqında”Məcəlləsinin müddəalarına uyğun olaraq dövlət nümayəndəsinə, yəni prefektə təqdim olunduqdan sonra qüvvəyə mindiyini bildirib.
Prefekt "Valans və Stepanakert şəhərləri arasında dostluq xartiyası"nın və ya onun imzalanmasına icazə verən hər hansı məlumatın ona təqdim edilmədiyini vurğulayaraq, həmin xartiyanın qüvvəyə minmədiyini və onun icra olunmasının mümkünsüzlüyünü vurğulayıb.
Prefekt, həmçinin Valans şəhəri tərəfindən sözügedən "dostluq xartiyası" və ya ondan irəli gələn hər hansı sənədin ona təqdim ediləcəyi təqdirdə həmin sənədi ləğv edilməsi üçün dərhal inzibati məhkəməyə təqdim edəcəyini vəd edib.

Tags:  Fransada erməni separatçıları əməkdaşlığın ləğvi istiqamətində aparılır

RƏYLƏR


Top news