Azərbaycan tarixi yolu bərpa edir

Azərbaycan tarixi yolu bərpa edir
03:57 11 Dekabr 2015
30 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycanın Çin və Avropa arasında mühüm tranzit dəhlizi rolunu oynaması üçün yaxşı potensial var.

ANS PRESS-in məlumatına görə, bunu prezident İlham Əliyev Pekində Çin Xalq Respublikasının Sədri Si Cinpinlə geniş tərkibdə görüşündə deyib.

İlham Əliyev bildirib ki, bu səfər ölkələrimiz arasında dostluq münasibətlərinin daha da möhkəmlənməsinə xidmət edəcək: "Azərbaycanda baş vermiş faciəli hadisələrlə, çoxsaylı neftçinin həlak olması ilə əlaqədar verdiyiniz başsağlığına görə də Sizə təşəkkür etmək istərdim. Sizin başsağlığınız dost sözləridir. Buna görə Sizə təşəkkür edirəm. Bizi möhkəm münasibətlər bağlayır. Biz bir sıra sahələrdə dostlar və tərəfdaşlar kimi əməkdaşlıq edirik. Mən bilirəm ki, Siz bizim ölkəmizə xoş münasibət bəsləyirsiniz. Azərbaycanda Sizi çox yaxşı tanıyırlar, dünyamiqyaslı məsələlərdə oynadığınız rola, həmçinin Azərbaycana xeyirxah münasibətinizə görə Sizi yüksək dəyərləndirirlər.


Geniştərkibli görüş

Qeyd etdiyiniz kimi, keçən il Sizinlə görüşdük və ölkələrimiz arasında münasibətlərin geniş spektrini müzakirə etdik. Bizim Şanxay görüşündən sonra keçən bir il ərzində əlaqələrimiz daha da möhkəmlənib. Bu gün biz münasibətlərimizin gələcək inkişafını müəyyən edəcək bir sıra mühüm sənədlər imzalayacağıq. Onların arasında, əlbəttə, Sizinlə bərabər imzalayacağımız Bəyannaməni xüsusi qeyd etmək istərdim. Həmin Bəyannamə bizim niyyətlərimizi əks etdirir. Biz əlaqələrimizi genişləndirmək, siyasi dialoqu inkişaf etdirmək, beynəlxalq təşkilatlarda fəal əməkdaşlığı bundan sonra da davam etdirmək və iqtisadi əlaqələri möhkəmlətmək istəyirik. İpək Yolu iqtisadi zolağının yaradılması barədə Sizin təşəbbüsünüzü biz Azərbaycanda çox yüksək qiymətləndiririk".

Azərbaycan Prezidenti İlham Əliyev ölkələrimiz arasında siyasi sahədə əlaqələrin uğurla inkişaf etdiyini bildirdi, bu səfərin əməkdaşlığımızın genişlənməsinə töhfə verəcəyini vurğuladı. Dövlətimizin başçısı bir çox məsələlərdə mövqelərimizin üst-üstə düşdüyünü diqqətə çatdırdı.


Prezident İlham Əliyev və Çin Xalq Respublikasının Sədri Si Cinpin

Prezident İlham Əliyev Çində iqtisadi baxımdan gələcək inkişafla bağlı böyük uğurlar qazanıldığını, Azərbaycanın da mühüm iqtisadi nailiyyətlər əldə etdiyini, ölkələrimizin iqtisadi sahədə əməkdaşlığının genişləndirilməsi üçün yaxşı potensialın olduğunu qeyd etdi.

Dövlətimizin başçısı Yeni Azərbaycan Partiyası ilə Çin Kommunist Partiyası arasında yaxın əlaqələrin olduğunu, bunun da ikitərəfli münasibətlərimizin möhkəmlənməsinə kömək etdiyini vurğuladı.

Azərbaycan Prezidenti ölkələrimizin beynəlxalq təşkilatlarda uğurlu əməkdaşlıq həyata keçirdiyini diqqətə çatdırdı. Azərbaycanda gedən iqtisadi inkişaf proseslərindən danışan dövlətimizin başçısı Sian şəhərinə səfərini xatırladı, buradakı qədim mədəniyyətin bütün dünyanın sərvəti olduğunu bildirdi.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan Prezident İlham Əliyev dövlət başçıları tərəfindən imzalanacaq Birgə Bəyannamədə bu problemin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü əsasında həll edilməsinin əksini tapmasının önəmli olduğunu vurğuladı. Dövlətimizin başçısı Çinin münaqişənin Azərbaycanın ərazi bütövlüyü əsasında həllini dəstəklədiyini yüksək qiymətləndirdi, ölkəmizin də “Vahid Çin” prinsipinə dəstək verdiyini dedi.

İki ölkənin rəhbərləri arasında şəxsi dostluğun münasibətlərimizin inkişafına töhfə verdiyini vurğulayan Prezident İlham Əliyev Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı ilə əlaqələri genişləndirməkdə maraqlı olduğunu və bunun ölkəmizin xarici siyasətinin prioritetlərindən birini təşkil etdiyini dedi. Terrorizm, təcavüzkar separatizm, ekstremizm kimi təhlükələrlə mübarizədə ölkələrimizin hüquq-mühafizə orqanları arasında əməkdaşlığın önəmini qeyd edən dövlətimizin başçısı Çin şirkətlərinin Azərbaycanda energetika sektorunda fəaliyyət göstərdiyini, ölkəmizin informasiya-kommunikasiya sahəsində əməkdaşlığın daha da genişləndirilməsində maraqlı olduğunu vurğuladı. Azərbaycanın və Çinin Asiya İnfrastruktur İnvestisiyaları Bankının həmtəsisçiləri olduğunu qeyd edən Prezident İlham Əliyev hökumətlərarası komissiyasının bu yaxınlarda keçirilən görüşünün iqtisadi əməkdaşlığın möhkəmləndirilməsinə öz töhfəsini verəcəyini diqqətə çatdırdı.


Sənədlərin imzalanma mərasimi

Nəqliyyat sahəsində əməkdaşlığa toxunan Prezident İlham Əliyev bildirdi ki, Azərbaycanın Çin ilə Avropa arasında mühüm tranzit dəhlizi rolunu oynaması üçün yaxşı potensial var və ölkəmizdən keçən yol Çin ilə Avropa arasında ən qısa yol ola bilər. Azərbaycanda infrastrukturun yaradılması, nəqliyyat sisteminin təkmilləşdirilməsi istiqamətində çox böyük işlər görüldüyünü deyən dövlətimizin başçısı investisiya qoyuluşu sahəsində əməkdaşlığın genişləndirilməsinin, texnoparklarda Çin şirkətlərinin iştirakının mümkünlüyünü qeyd etdi.

Prezident İlham Əliyev ölkələrimizin BMT-də və digər beynəlxalq təşkilatlarda uğurla əməkdaşlıq etdiyini diqqətə çatdırdı.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Bu ilin I yarısı üzrə AÇG blokunda hasilatın həcmi açıqlanıb

17 Avqust 2017 15:42

Şirvanda 36 yaşlı kişi qətlə yetirilib

17 Avqust 2017 15:42

Məhkəmə vergi ödəməkdən yayınmada təqsirləndirilən iş adamına bəraət verib

17 Avqust 2017 15:42

Azərbaycanın cüdo üzrə yığma komandasının dünya çempionatı üçün heyəti açıqlanıb

17 Avqust 2017 15:42

Avtomobilini bu işıqlarla bəzəyənlərin nəzərinə

17 Avqust 2017 15:39

“Bank of Baku” təhsil krediti kampaniyası keçirir

17 Avqust 2017 15:37

“Intel” yeni nəsil prosessorlarının anonsunu verib

17 Avqust 2017 15:35

“Google” zəif internetə malik regionlar üçün “Search Lite” mobil proqramını sınaqdan keçirir

17 Avqust 2017 15:35

Vücudumuz haqda BİLMƏDİYİMİZ 20 FAKT

17 Avqust 2017 15:33

“Kopenhagen” - “Qarabağ” oyunu meydan sahiblərinin baş məşqçisi üçün əlamətdar olacaq

17 Avqust 2017 15:27

Kəmaləddin Heydərov Dünya Taekvondo Federasiyasının vitse-prezidenti təyin edilib

17 Avqust 2017 15:27

Həmkəndlisini döyüb öldürən Gədəbəy sakini haqda

17 Avqust 2017 15:27

Şirvanda QƏTL

17 Avqust 2017 15:24

Azərbaycanlı məşhurların iştirak etdiyi “Top ulduzlar” realiti şousu başladı - Foto

17 Avqust 2017 15:23

Rusiya neft hasilatında yenidən Səudiyyə Ərəbistanını üstələyib

17 Avqust 2017 15:22

DYP yol polislərinin tanınmış futbolçudan rüşvət alınması ilə bağlı məlumata münasibət bildirib

17 Avqust 2017 15:22

ABŞ-ın nəhəng kənd təsərrüfatı şirkəti azərbaycanlı mütəxəssislərlə bilik mübadiləsi aparır

17 Avqust 2017 15:22

DİQQƏT! Qulaqlıqdan istifadə edənlər təhlükədədir

17 Avqust 2017 15:19

4G-dəstəkli LG FLEX 2 smartfonu indi YARI QİYMƏTƏ

17 Avqust 2017 15:18

Ağır atletlərimiz ali təhsil müəssisələrinə qəbul olunublar

17 Avqust 2017 15:17

Kəmaləddin Heydərov yenidən o qurumun prezidenti seçildi

17 Avqust 2017 15:14

Azərbaycanda “təhlükəsiz internet” xidməti işə salınır

17 Avqust 2017 15:13

Nazirlik: Bu il 11 minə yaxın əlilliyi olan şəxs bərpa-müalicə və protez-ortopedik xidmətlərlə təmin olunub

17 Avqust 2017 15:12

Rusiya İrəvanı cəzalandırır: Moskvadan Qarabağda yeni müharibəyə YAŞIL İŞIQ

17 Avqust 2017 15:03

SON ÜÇ AY: 27 min nikah, 7 min boşanma

17 Avqust 2017 15:01

Kilsədə porno çəkmək olarmış - Prokurorluqdan ŞOK HƏRƏKƏT

17 Avqust 2017 14:53

Saxta məktəbli formaları satışda - ALDANMAYIN!

17 Avqust 2017 14:49

Bakıda həvəskar rəssamın sərgisi açılıb

17 Avqust 2017 14:47

“SOCAR istiqrazları maliyyə sektoruna inamı bərpa etdi”

17 Avqust 2017 14:47

Aytən Səfərova ilk dəfə övladları ilə - FOTO - ÖZƏL

17 Avqust 2017 14:43

Kleopatranın sirli maskası

17 Avqust 2017 14:38

KİV: Yəməndə husi qiyamçıları ABŞ səfirliyinin 3 əməkdaşını tutub

17 Avqust 2017 14:37

Mahir Mədətov cazibədar teleaparıcıya gül göndərdi - FOTOLAR

17 Avqust 2017 14:37

Yeni mövsümdə tamaşaçıları gözləyən yerli seriallar - SİYAHI

17 Avqust 2017 14:33

Azərbaycanlı məmur qızından "PUL ŞOUSU"

17 Avqust 2017 14:24

"Baksell"-dən İLK

17 Avqust 2017 14:18

Geri qalmayın: Putinin yarıçılpaq görüntüləri sosial mediada yeni trend yaratdı - FOTOLAR

17 Avqust 2017 14:18

“Qarabağ”ın "Kopenhagen"lə oyuna səfər proqramı müəyyənləşib

17 Avqust 2017 14:17

Qurban bayramı namazının vaxtı açıqlandı

17 Avqust 2017 14:14

“Azərbaycan Dəmir Yolları”nın nizamnamə kapitalı artırılıb

17 Avqust 2017 14:12

TANAP Türkiyədə 91 kəndin içməli suyu üçün qrant ayıracaq

17 Avqust 2017 14:12

Bir həftədə 5 kilo arıqladır

17 Avqust 2017 14:09

104 yaşlı Nobel mükafatçısından 100 il yaşamağın SİRLƏRİ...Bu SPİRTLİ İÇKİLƏR

17 Avqust 2017 14:08

Bu il hansı universitetlər tələbələrini yataqxana ilə təmin edəcək?

17 Avqust 2017 14:02

Əfqan Muxtarlı və Gözəl Bayramlının həbs müddəti uzadıldı

17 Avqust 2017 13:54

Ölünün külünü banana qatıb yeyirlər, kameranı silah sanırlar: MÜASİR QƏBİLƏ DƏHŞƏTLƏRİ - FOTOLAR

17 Avqust 2017 13:53

Türkiyəli nazir: “Avropa İttifaqı adından bir dövlət təlimat verməməlidir”

17 Avqust 2017 13:52

Gələn ay Rusiya-Azərbaycan Regionlararası Forumu keçiriləcək

17 Avqust 2017 13:52

"Qarabağ"ın qapıçısı: "Bacım hər oyundan öncə..."

17 Avqust 2017 13:47

Ürəyi zəif olanlar İZLƏMƏSİN! (18+) -

17 Avqust 2017 13:46