Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Röya Tağıyeva ittihamlara cavab verir (VİDEO)

Röya Tağıyeva ittihamlara cavab verir (VİDEO)

Date: 11 December 2015 04:01

Bir müddətdir ki, Xalça Muzeyi ətrafında yaranan qalmaqalla bağlı Mədəniyyət və Turizm Nazirliyi qərar verdi. Baş mühasib işdən çıxarıldı, muzeyin direktoru Röya Tağıyeva isə şiddətli töhmət aldı.

Xalça Muzeyində beynəlxalq konfrans keçirilirdi. Muzey 50 illik yubileyinə hazırlaşır. Ona görə də nazirliyin töhməti Röya xanımın kefini pozmayıb desək, səmimi olmarıq.

Töhmət isə Röya Tağıyevaya muzeyin fəaliyyətində yol verdiyi nöqsanlar, kollektivdə normal iş ahənginin pozulmasına şərait yaratması, rəhbərlik etdiyi muzeydə əmək və icra intizamına əməl olunmasını təmin etməməsi səbəbindən verilib.

Yəqin tamaşaçılar xatırlayar ki, bir müddət əvvəl Xalça Muzeyinin direktor müavini Asya Şirəliyeva muzeydəki neqativ hallarla bağlı açıqlamaları ilə gündəmə gəlmişdi. O, iddia edirdi ki, direktor muzeydə ölü canlar saxlayır, muzeyin avadanlıqlarını şəxsi əmlakı kimi evinə aparır və s. Düzdür, Səbail Rayon Məhkəməsi müavinin şikayətini təmin etmədi.

Mədəniyyət və Turizm Nazirliyinin yoxlamaları isə baş mühasib Gülnaz Rüstəmovanın işdən çıxmasına, Röya xanımın töhmət almasına səbəb oldu:

“Sizin dediyiniz bu nöqsanlar, müzey tikilib başa çatdıqdan sonra ortaya çıxdı. Bu 48 ildə nəyə görə, bu nöqsanlar barədə bir söz deyilmirdi?”.

48 ildir xalça sənəti ilə məşğul olduğunu deyən Röya Tağıyeva həmişə fəaliyyətində Mədəniyyət və Turizm Nazirliyinin göstəriş və tapşırıqlarını əsas tutduğunu deyir. Onun sözlərinə görə, muzeyin firavan günləri hələ indidir. Amma o, bu muzeyi muzey halına gətirmək üçün çox fədakarlıqlar edib.

Məsələn, Şuşanın işğal günlərində Şuşa muzeyinin filialından bütün xalçaları mən çıxarıb gətirmişəm deyir. O zaman qanunsuz hərəkət etmisən deyə hüquq-mühafizə orqanları məni cəzalandırdılar deyir Röya xanım. İndi cəzalandırılmasında da qeyri-adi heç nə görmür. Yəni iş varsa, nöqsan da olacaq deyir.

Sadəcə düşünür ki, nöqsan cinayət deyil, onun rəhbəri olduğu muzeydə illər ərzində bircə dənə də xalça və yaxud muzey eksponatına ziyan dəyməyib. Və Röya Tağıyeva bu ilin əvvəlində “Şöhrət” ordeni almasını da məhz xalçaçılıq fəaliyyətinə verilən qiymət kimi dəyərləndirir: “Biz öz fəaliyyətimizi bundan sonra da gücləndirəcəyik. Ancaq qeyd etmək istəyirəm ki, inzibati nöqsanlar gördüyümüz işlərə kölgə salmamalıdır”.

Röya Tağıyevanın töhmət qalmaqalı bitməmiş Qobustan Dövlət Tarix Muzeyinini direktorunun da cəzalandırılması haqda xəbər eşitdik.

Deyəsən Mədəniyyət və Turizm Nazirliyi ya nəsə bilir, ya da nəyisə ciddi cəhdlə gizlədir. Əcəba nəyi?


Tags:  Röya Tağıyeva ittihamlara cavab verir VİDEO


RƏYLƏR


Top news