Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Saxlanılan şəxs bölmədə belə oğurluq etdi (VİDEO,FOTO)

Saxlanılan şəxs bölmədə belə oğurluq etdi (VİDEO,FOTO)

Gürcüstanda azərbaycanlının evi yarıldı (16 Mart 2017 01:28)
Siyəzəndə evdən qızıl-zinət əşyaları oğurlayan şəxs tutulub (01 Mart 2017 18:42)
Məsciddən oğurluq edən şəxs tutulub - AĞDAMDA (21 Fevral 2017 18:44)

Tarix: 11 Dekabr 2015 06:21

Rusiyada polis bölməsində saxlanılan şəxsin dindirilməsi zamanı kuryoz hadisə yaşanıb.

ANS PRESS-in məlumatına görə, Kazan şəhər sakini Kamil Kutdusov sorğu-sual zamanı sahə müvəkkilinin telefonunu oğurlayıb.

Hadisənin üstü polisin telefonu tapa bilmədikdən sonra müşahidə kamerasına baxdıqda açılıb. Sərxoş halda ictimai yerdə asayişi pozduğu üçün bölməyə gətirilən Kamil polisin otaqdan çıxmasından istifadə edərək onun telefonunu oğurlayıb. Dindirmədən sonra 500 rubl cərimə ödəyən 26 yaşlı şəxs sərbəst buraxılıb. Bir qədər sonra o oğurluğa görə saxlanılıb. Telefon oğurladığı üçün məhkəmə Kamil Kutdusova 4 ay həbs cəzası verib. Kamil cəzasını islahedici müəssisədə çəkəcək.


Telefonun oğurlandığı an

Cinayətkarın otaqda kimsənin olmadığından istifadə edərək mobil telefonu cibinə qoyması müşahidə kamerasına belə düşüb:



Buna bənzər hadisə keçən ilin əvvəlində Moskva polis bölməsində baş vermişdi. Mübahisə etdiyi üçün saxlanılan şəxs bölmədə müstəntiqin pul qabını oğurlamaq istəmişdi. Polislər onu hadisə başında yaxalayaraq işini daha da ağırlaşdırmışdı. Belə ki,saxlanilan şəxsin xuliqanliq maddəsinin üstünə oğurluq da əlavə edilmişdi.


Kazan şəhəri xəritədə

Teqlər:  Saxlanılan şəxs bölmədə belə oğurluq etdi VİDEO FOTO



RƏYLƏR


Top xəbərlər