Bakı. 11 dekabr. REPORT.AZ/ Səüdiyyə Ərəbistanında toplaşan yüzdən çox suriyalı müxalif Bəşər Əsəd rejimi ilə əlaqələrin qurulması məqsədi ilə Ali Şura formalaşdırıb.
"Report"un "RİA Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, 32 nəfərdən ibarət Ali Şura üzvləri rəsmi Dəməşqlə danışıqlarda bilavasitə iştirak edəcək 15 nəfərlik qrupu müəyyənləşdirəcək.
Müxalifət təmsilçiləri bəyan edib ki, ilk etapta Əsədin hakimiyyətdən gedməsini tələb edəcəklər.